Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:59

İslam Partiyası hökuməti İsraillə münasibətlərə yenidən baxmağa çağırır


Avqustun 9-da Azərbaycan İslam Partiyasının (AİP) fəalları Livan xalqı ilə həmrəyliyini bildirmək və bu ölkədə başlanmış hərbi əməliyyatlara etiraz olaraq İsrailin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərdilər. Amma polis iki istiqamətdən səfirliyin binasına hərəkət etmək istəyən aksiyaçıların qarşısını aldı.


Partiyanın bir neçə rəhbər şəxsi də daxil olmaqla 9 nəfərin saxlandığı bildirilir. AİP sədrinin müavini Vaqif Abdullayev: «ABŞ-ın və başqa müttəfiqlərin İsraili dəstəkləməsinə etiraz etmək üçün gəlmişik. Biz sülhsevər xalqlara, qüvvələrə demək istəyirik ki, işğalçılar öz əməllərindən əl çəksinlər».


Aksiya iştirakçıları həmçinin Azərbaycan hökumətini İsraillə münasibətlərə yenidən baxmağa dəvət edirlər.


Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov isə bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyindən onun keçirilməsinə imkan verilməyib.


İsrail Livanda hərbi əməliyyatlara başlayandan bəzi müxtəlif təşkilatlar, o cümlədən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi, Azərbaycan İslam Partiyası Bakıda etiraz aksiyaları keçirirlər.


XS
SM
MD
LG