Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:35

«Qəzet günahkardırsa, cəzasını çəkməlidir. Amma dəmir barmaqlar arasında yox»


Arif Əliyevlə söhbət, 11 avqust 2006
Arif Əliyevlə söhbət, 11 avqust 2006

Ötən həftə bir sıra qəzetlərlə məmurların, parlament üzvlərinin məhkəmə çəkişmələri baş verdi. Bu məhkəmələr zamanı «Milli yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli həbs edildi. «Azadlıq»«24 saat» qəzetləri cərimə edildi.


Qəzetləri ən çox məhkəmələrə verən Daxili İşlər Nazirliyidir. Bəziləri hesab edir ki, Hacı Məmmədov olayları üzə çıxdıqdan sonra Daxili İşlər Nazirliyinə qarşı ictimai fikirdə tənqidi münasibət yaranıb. Nazirlik bu tənqidi zəiflətmək üçün bir növ qəzetlərə hücuma keçib.


«Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə «Gün səhər» qəzetinin İdarə Heyətinin sədri Arif Əliyev qəzetlərin tez-tez məhkəməyə verilməsini ayrı-ayrı məmurların «özfəaliyyəti» kimi qiymətləndirdi: «Hökumət vahid bir qüvvədir və onun vahid bir siyasi hərəkət proqramı olmalıdır. Bu, siyasi hərəkət proqramına vahid bir şəxs rəhbərlik etməlidir... Buna rəhbərlik edən şəxs [Prezident - red.] öz məmurlarına müraciət etmişdi ki, kütləvi informasiya vasitələri ilə bu şəkildə davranmayın, şərəf və ləyaqətlə bağlı məhkəmə işlərinə son qoyun... Üstündən bir az keçməmiş məmurlar başlayırlar öz istədikləri kimi davranmağa. Bu onun göstəricisi deyilmi ki, həmin o vahid siyasətdə, vahid rəhbərlikdə çox ciddi problemlər yavaş-yavaş üzə çıxmağa başlayır və hökumətdə özfəaliyyət genişlənir?...»


«Yeni Müsavat» qəzetinin redaktoru Mustafa Hacıbəyli və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Ağanisə Sultanovanın da iştirak etdiyi söhbətdə Arif Əliyev qeyd etdi ki, əslində, onlar məhkəmələrin əleyhinə deyillər. Amma hökumətin heç bir şəxsi hansı formada deyilməsindən asılı olmayaraq, sözə görə həbsə atmaq hüququ olmamalıdır: «Əgər qəzet nəsə yazıbsa, bu, doğrudan da məhkəmə predmetidirsə və əks tərəfin gətirdiyi sübutun qarşısında qəzet acizdirsə, o, əlbəttə ki, cəzasını çəkməlidir. Amma dəmir barmaqlar arasında yox. Bunun da müəyyən bir standartları, çərçivələri var...».


DİNLƏYİN!


XS
SM
MD
LG