Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:38

Bakıətrafı kənd və qəsəbələr qazla 100 faiz təmin olunacaq


Xətai və Əzizbəyov rayonları ərazilərində tikinti quraşdırma işlərinə başlanılıb
Xətai və Əzizbəyov rayonları ərazilərində tikinti quraşdırma işlərinə başlanılıb

«Azəriqaz» Səhmdar Cəmiyyəti Bakı şəhərinin kənd və qəsəbələrinin qazla 100 faiz təmin edilməsi layihəsinin icrasına başlayıb. Bu barədə «Azadlıq» radiosuna «Azəriqaz»ın Mətbuat Xidmətinin rəhbəri Kamandar Aslanov bildirib. Onun sözlərinə görə, prezidentin təşəbbüsü ilə həyata keçirilən layihəni 2007-ci ilin sonuna qədər tamamlamaq planlaşdırılır. Layihə paytaxt ətrafında yerləşən bütün kənd və qəsəbələri əhatə edir. Kamandar Aslanovun sözlərinə görə, qazın təzyiqi aşağı olan bölgələrə əlavə xətlər çəkiləcək.


Qaz boruları artıq tikinti sahələrinə gətirilib. İlk öncə Xətai və Əzizbəyov rayonları ərazilərində tikinti quraşdırma işlərinə başlanılıb.


XS
SM
MD
LG