Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Azərbaycan və Ermənistan XİN başçıları sentyabrda görüşəcəklər


Xarici İşlər nazirlərinin sonuncu görüşü iyunun 13-də Parisdə olub
Xarici İşlər nazirlərinin sonuncu görüşü iyunun 13-də Parisdə olub

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü sentyabrda keçiriləcək. Hazırda bu görüşün konkret vaxtı və yeri müzakirə olunur. Xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, həmsədrlərin bununla bağlı təklifinə artıq razılıq verib.


Avqustun 22-də isə Azərbaycanın Xarici İşlər Nazirliyi BMT və ATƏT rəhbərlərinə, eləcə də Minsk qrupu həmsədrlərinə işğal olunmuş ərazilərdə baş verən yanğınların qarşısının alınması üçün yaxın vaxtlarda tədbirlər görülməsini tələb edən məktub göndərib. Azərbaycan yanğınların qarşısının alınmasında həmin təşkilatlardan savayı Ermənistanla da əməkdaşlığa hazırdır. Elmar Məmmədyarov deyir ki, hazırda Bakı həmin məktuba cavab gözləyir.


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı builki son danışıqlar iyunun 13-də Parisdə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə olub. Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan bildirmişdi ki, «Parisdə keçirilən uzun danışıqlardan və məsləhətləşmələrdən sonra münaqişə tərəflərinə yeni heç bir təklif verilməyib».


XS
SM
MD
LG