Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:06

Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanmasını «hansısa böyük qüvvənin sifarişi» adlandırır


Avqustun 28-də Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən daha 26 nəfərin məhkəmə prosesi davam etdirilib.


DİN-in keçmiş idarə rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov təqsirləndirilən şəxslərə suallar verib. O, Hacı Məmmədovdan Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin xanımı Zamirə Hacıyevanın oğurlanmasının şəxsən cənab Nəsirovun sifarişi olub-olmadığını soruşub. Hacı Məmmədov bildirib ki, bu, hansısa böyük qüvvənin sifarişi olub, ancaq o, konkret ad çəkməyib.


Hacı Məmmədov Zakir Nəsirovu öz qrupunun üzvü hesab etmədiyini də bildirib.


Vəkil vəsatət qaldıraraq istintaqdan Zamirə Hacıyeva və Rəna Nəsibovaya qarşı əməliyyat hərəkətləri barədə materialların təqdim olunmasını xahiş edib. Bundan başqa, Adil İsmayılov Rəna Nəsibovanın 2003-cü ildə Baş Prokurorluğa təqdim etdiyi müraciəti, həmçinin 2005-ci il fevralın 9-10-da Hacı Məmmədovun Baş Prokurorluqda dindirilməsinə dair protokolu da istəyib. Lakin məhkəmə müşavirə keçirərək, qərara alıb ki, vəsatət baxılmamış sayılsın.


Hacı Məmmədov və daha 26 nəfər adam oğurluğu və qətllər törətməkdə ittiham olunur.


XS
SM
MD
LG