Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:02

Andres Herkel: «Boykot həmişə pis siqnaldır»


Cənab Herkel deyir ki, seçki komissiyalarının tərkibi növbəti seçkiyədək yenidən formalaşdırılmalıdır
Cənab Herkel deyir ki, seçki komissiyalarının tərkibi növbəti seçkiyədək yenidən formalaşdırılmalıdır

«Seçkini boykot etmək çıxış yolu deyil, əksinə bu yolu seçmək dalana dirənməkdir». Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna müsahibəsində dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun minimal imkan olmadıqda növbəti prezident seçkisini boykot etmək haqda qərarını şərh edərkən belə deyib: «Əvvəla, mən hesab edirəm ki, minimal imkanlar yox, bütün normal imkanlar yaradılmalıdır. Əlbəttə ki, Avropa Şurası və məruzəçilər də buna yardım etməyə çalışacaqlar. Bu, çox pis ssenaridir. Mən çox böyük pessimistəm. Düşünəndə ki, hətta minimal şərtlər belə olmayacaq, pessimist olmaya bilmirsən. Məncə, boykot həmişə pis siqnaldır».


Cənab Herkel deyir ki, Seçki Məcəlləsinə dəyişikliklər, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması kimi tələblər növbəti seçkiyədək yerinə yetirilməlidir. O, bu tələbin 2008-ci ildəki prezident seçkisi ərəfəsində yox, hətta daha yaxın zamanda yerinə yetiriləcəyini də istisna etmir.


Andres Herkel bu fikrini onunla əsaslandırır ki, AŞ PA Azərbaycandakı demokratik təsisatlarla bağlı monitorinqin nəticələrini gələn ilin əvvəlində müzakirəyə çıxaracaq.


Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov isə bildirir ki, Azərbaycan hökuməti seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi məqsədilə Avropa Şurası Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirəcək: «Komissiyanın tövsiyələri, hakimiyyətin mövqeyi və mümkün variantlar müzakirəyə çıxarılacaq».


XS
SM
MD
LG