Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:39

«Hakimiyyət mətbuata təzyiqin səbəblərini araşdırmağa hazırdır»


Əli Həsənov: «Azərbaycanda azad söz qanunla qorunur»
Əli Həsənov: «Azərbaycanda azad söz qanunla qorunur»

«Azərbaycanda mətbuata təzyiq varsa hökumət onu istənilən beynəlxalq qurumla müzakirə etməyə hazırdır». Bu fikri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin prezidentə müraciətini şərh edərkən deyib. Sentyabrın 4-də cənab Haraşiti İlham Əliyevi jurnalistlərin təqib olunmasının yeni dalğasına son qoymağa və hüquqi islahatlar aparmağa çağırıb. Eyni zamanda məmurların jurnalistlərə iddia qaldırmasına münasibət bildirib.


Əli Həsənov bildirir ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumlarla mətbuata təzyiqin səbəblərini və onun aradan qaldırması yollarını araşdırmaqdan çəkinmir. Əgər Azərbaycanda mətbuata təzyiq varsa hakimiyyət onu araşdıracaq.


Bununla belə, cənab Həsənov Azərbaycanda mətbuatla bağlı islahatların aparıldığını və mühitin demokratikləşdirildiyini də söyləyir: «Azərbaycanda kütləvi informasiya vasitələrinin vəziyyəti post-sovet məkanında ən nümunəvi vəziyyətlərdən biridir. Azərbaycan yeganə ölkədir ki, mətbuatın informasiya fəaliyyəti ilə məşğul olması üçün heç kimin icazəsinə ehtiyac yoxdur, qəzetlər üzərində bütün tənzimləyici mexanizmlər ləğv olunub. Azərbaycanda azad söz qanunla qorunur. Bunun üçün də bütün hüquqlar Mətbuat Şurası və jurnalist ictimaiyyətinə verilib. Buna görə də kiminsə məhkəməyə verilməsini böyütməyə dəyməz».


XS
SM
MD
LG