Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:21

MDB-də ümumdaxili məhsulun artım tempində Azərbaycan birincidir


2006-cı ilin 7 ayı ərzində Azərbaycanda iqtisadi artım tempi 35 faizi keçib. Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin məlumatında belə deyilir. Komitənin hesablamalarına görə, ötən ilin uyğun dövrüylə müqayisədə ümumdaxili məhsulun artım tempi MDB üzrə 6 faiz olub. Birlikdə ən yüksək göstərici 35,1 faizlə Azərbaycana, ən aşağı göstərici isə 2,5 faizlə Qırğızıstana məxsusdur.


MDB-nin Statistika Komitəsinin məlumatına görə, birlik ölkələrində orta illik inflyasiya 9 faiz həndəvərində olub.


XS
SM
MD
LG