Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

Viktor Yuşşenkonun Azərbaycana ilk rəsmi səfəri


Sentyabrın 7-si Ukrayna prezidentinin Azərbaycana ilk rəsmi səfəri başlayır
Sentyabrın 7-si Ukrayna prezidentinin Azərbaycana ilk rəsmi səfəri başlayır

Sentyabrın 7-si Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana rəsmi səfəri başlayır. Bu Ukraynadakı narıncı inqilabdan sonra hakimiyyətə gələn Viktor Yuşşenkonun Azərbaycana ilk səfəridir. Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, cənab Yuşşenko səfərinin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Ukrayna prezidentinin mətbuat katibi İrina Geraşenko səfərdən öncə bildirib ki, Viktor Yuşenkonun 2 günlük səfəri zamanı Xəzər neftinin «Bakı-Supsa-Odessa-Brodı-Plotsk» marşrutuyla Avropaya nəqli məsələsi əsas müzakirə mövzusu olacaq.



Ukrayna-Azərbaycan əlaqələri 1992-ci il fevralın 6-da qurulub. Bu günə kimi 80-dən artıq dövlətlərarası və hökumətlər- arası müqavilələr imzalanıb. Hər iki ölkə MDB-nin hərbi-siyasi ittifaqında iştirak etmir, NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramının və GUAM-ın üzvüdür.
Ötən il ölkələr arasında mal dövriyyəsi 260 milyon dollara yaxın olub ki, bunun da 223 milyonu Ukraynadan edilən idxalın payına düşür


Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırovun fikrincə, Bakı neftinin yeni kəmərlə Avropaya nəqli prinsipcə mümkündür. Amma Azərbaycanın neft ehtiyatları, çıxarılan neftin artıq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə daşınması və başqa amilləri də nəzərə alanda, Ukrayna variantı ilə ancaq siyasi məqsədlər üçün razılaşmaq olar: «Azərbaycana «əsrin müqaviləsi»ndən 2.5 milyard barel neft çatacaq, üstəgəl ARDNŞ-nin özünün çıxardığı neft. Yəni neft var-amma ounun ixracə üçün BTC daha sərfəlidir. Lakin, Azərbaycan hökuməti Ukraynayla müttəfiqlik və başqa siyasi amilləri nəzərə alıb bu neftin bir hissəsini Cənubi Brodı Kəmərinə çatdıra bilər».

Sabit Bağırov Odessa-Brodı kəmərinin özüylə bağlı da problemin olduğunu deyir. Onun sözlərinə görə, 3 il əvvəl Ukrayna və BP-arasında bağlanan müqaviləyə görə, kəmərdən əks istiqamətdə neft axıdılır, yəni Qara dənizdən Avropaya yox, Avropa hissəsindən, neftin Qara dənizə çıxarılması üçün istifadə olunur.


Neft ixracı məsələsindən əlavə, Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı bəzi siyasi məsələlər də müzakirə mövzusu olacaq. Azərbaycan Parlamentinin beynəlxalq münasibətlər komissiyasının sədri Səməd Seyidovun sözlərinə görə, bəzi qüvvələr Azərbaycan və Ukraynanın siyasi əlaqələrinin soyuması üçün cəhdlər eləsə də, strateji və ikitərəfli marağa dayanan əməkdaşlıq münasibətlərin soyumasına imkan verməyib: «Bəzi qüvvələr ukraynadakı narıncı inqilabdan sonra Azərbaycanın Ukraynaya münasibətinin dəyişdiyini iddia edirdilər, əsla belə deyil. Azərbaycan-Ukrayna münasibətləri daha dərin əsasları olan strateji əməkdaşlıq münasibətləridir»


Ukrayna Prezidenti Yuşenkonun Azərbaycana səfəri çərçivəsində əməkdaşlıq haqda bəyannamə, Diplomatik işçilərin hazırlığı haqqında, Bitki növlərinin öyrənilməsi və mühafizəsi haqqında, Ətraf mühitin mühafizəsi haqqında və Neft Şirkətləri arasında əməkdaşlıq haqda saziş imzalanacaq.


XS
SM
MD
LG