Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

Qərb Azərbaycanı islahatlara sövq edə bilər -Mətbuat icmalı


Qərb Dağlıq Qarabağdakı son gərginliyə necə reaksiya verməlidir?

ABŞ Rusiya ilə bütün bağları kəsməli deyil.

Putin humanitar yardımla vaxt udur.

Dünya mediası bu gün nədən yazır?

Aslan Amani World Politics Review məcmuəsində yazır ki, Qərb Dağlıq Qarabağdakı gərginlikdən istifadə edib, Azərbaycanı islhatlara sövq edə bilər.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən doktorluq elmi adını almış Amani yazır ki, Rusiyanın ekspansiyası ilə Dağlıq Qarabağdakı son döyüşlər arasında əlaqəni görməmək olmaz.

Ermənistan Avrasiya Birliyinə qoşulur, Azərbaycan isə qoşulmaq istəmir. Bunu başa düşmək olar. Dünya enerji bazarına asanlıqla çıxan Azərbaycanın məhdudlaşdırıcı iqtisadi məkana nə ehtiyacı?

Ancaq bəzi müşahidəçilər hesab edirlər ki, iqtisadi cəhətdən ziyanlı olsa da Əliyev hakimiyyətinə siyasi cəhətdən Avrasiya Birliyinə qoşulmaq faydalı ola bilər. Putinin dayağı ilə Əliyev hakimiyyətinin ömrü uzana bilər. Ancaq Amani yazır ki, bunun tam əks effekti də ola bilər: Əliyev Moskvanın sxemində əyalət qubernatoruna çevrilmək riski ilə üzləşə bilər. Əyalət qubernatorunun vəziyyətini isə Əliyev yaxşı bilir. Onun özü qarışıqlıq olanda əhalini sakitləşdirmək üçün bir-iki icra hakimini işdən çıxartdı.

Amani yazır ki, Rusiya təhlükəsi ilə üzləşən Əliyevi Qərb tək burxamamlıdır. Qərb Əliyevlə açıq və tam dialoqa getməlidir. Müəllif yazır ki. Azərbaycanda sosial boşluq var, bu boşluğu da islam radikalizmi, militarizm, millətçilik doldurmaqdadır. Bu da qərbin marağında deyil.

Amani yazır ki, Qərb Bakı rejiminin son hərəkətlərinə necə reaksiya vermək qərarına gəlməlidir. Müəllifin fikrincə, son həftələrdə Bakıda insan haqları müdafiəçilərinin həbsləri hakimiyyətin alver obyektidir: onları hakimiyyət buraxaıb, əvəzində qərbin dəstəyini almaq istəyir. Əliyev onun hakimiyyətini zəiflədə bilən başqa güzəştə getmək istəmir.

Amani yazır ki, Qərbin reaksiyası Əliyev rejimini sınağa çəkən siyasət yeritmək olmalıdır ki, bu siyasət Azərbaycandakı maraqları da laxlatmamalıdır. 907-ci düzəliş aradan qaldırılmalıdır. Bu düzəlişin qalmağından Azərbaycan hakimiyyəti Qərb əhvalına qarşı istifadə edir.

Müəllif yazır ki, Qərb maraqlarını regionda sabitləşdirmək üçün yeni münasibətlərə güclü insan haqları məzmunu verilməlidir.

NEFT UĞRUNDA MÜHARİBƏ?

W.Holman və Jenkins Jr. Wall Street Journal qəzetindəki məqalədə soruşurlar ki, “neft uğrunda yeni müharibə?”.

“Neft əvəzinə qan yox” şüarı son günlər yaddan şıxdı. Müəlliflər hesab edirlər ki, İraqın bir dövlət kimi iflasa uğramasında neft amili rol oynayıb. Səbəb isə kürdlərin neft gəlirini Bağdadla bölüşdürmək istəməməsidir.

Ancaq İraq ətrafında və İraqda baş verənləri sırf neftlə izah edənlər var. New Yorker jurnalından Steve Coll yazır ki, ABŞ İraqa ona görə qayıdır ki, öz neft payını birinci ala bilsin.

John Judis, “New Republic”in qocaman redaktoru yazır ki, ABŞ-ın İraqın şimalına hava zərbələri endirməsi başdan ayağa neftlə bağlıdır. Obama bunları humanitar məqsədlərlə, niyyətlərlə izah edə bilər, ancaq bütün bunların arxasında neft durur.

Holman və Jenkins isə hesab edirlər ki, Obama doğrudan da bir vaxtlar sabit, çiçəklənən region olan İraq Kürdüstanını, o cümlədən onun neft sənayesini bərpa etmək istəyir.Hər şeyi neftlə izah etmək olmaz. Məsələn ən adi sualın cavabı aydın deyil: ABŞ dünyada neftin qiymətinin yuxarı olmağını istəyir yoxsa aşağı? ABŞ həm neft istehsalçısıdır, həm də alıcısı.

RUSİYA HƏLƏ LAZIMDIR

Wiliam Tobey, Matthew Bunn və Nickolas Roth New York Times qəzetində yazırlar ki, “Biz Rusiya bağlarını kəsə bilmərik.”

Müəlliflər bildirirlər ki, ABŞ hökumətinin və Konqresinin təşəbbüsü ilə Rusiya ilə nüvə təhlükəsizliyi əməkdaşlığının kəsilməsi istiqamətində addımlar atılır. Ancaq Yaxın Şərqdə terrorçu hərəkatların güclənir, bu terrorçular çirkli nüvə silahı əldə etsələr bunun nəticələrini düşünəndə , əksinə, Rusiya ilə nüvə təhlükəsizliyi əməkdaşlığını gücləndirmək lazımdır.

Müəlliflər paradoksal fikir ösyləyirlər ki, Rusiya ilə nüvə təhlükəsizliyi əməkdaşlığı kəsmək Rusiyanın Krımı ilhaq etməsindən ABŞ-a dəyən ziyanı bir az artırmaqdır.

PUTİN VAXT UDUR

Times qəzeti baş məqaləsində yazır ki, Putin qərar verməyə vaxt udur. O qərara vermək istəyir ki, Ukrayna böhranını bir az da qızışdırsın yoxsa çəkilsin.

Qəzet yazır ki. Putin Qərbin, xüsusilə Almaniyanın onun hərəkətlərinə dözümsüzlüyünü gözləmirdi.

Qəzetin fikrincə, Putinin Krım oyununun rasional məqsədi var idi: Sevastopolu Rusiya donaması üçün əldə etmək, sərhədlərini şübhə altınalmaqla Ukraynanın NATO-ya üzvlüyünü uzun müddətə təxirə salmaq.

İndi isə Putin geri çəkilə də bilər.

O indi Ukraynanın şərqinə humanitar yardım göndərir. Bu missiya bir neçə günə başa çatacaq. Putin bu bir neçə gün vaxtı udmaq istəyir ki, qərar versin: Ukraynadan geri çəkilsin yoxsa qızışdırmaqda davam etsin.

XS
SM
MD
LG