Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:24

Kitabçını polis bölməsinə apardılar, cərimələdilər


Qurban Məmmədov polis bölməsində 5 saatdan çox dindirildiyini deyir
Qurban Məmmədov polis bölməsində 5 saatdan çox dindirildiyini deyir

-

Avqustun 15-də internetlə kitab satan Qurban Məmmədovu polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna Qurban Məmmədovun özü məlumat verib. O deyir ki, axşam saatlarında sifarişçiyə kitab çatdırmaq üçün şəhər mərkəzinə gəlib. Bu zaman 2 polis ona yaxınlaşıb:

««Torqovı»da dayanmışdım. Əlimdə sifarişçilərə çatdırılacaq kitablar olan tor zənbili vardı. İki polis yaxınlaşıb bildirdilər ki, sən küçə ticarəti ilə məşğul olursan, qanunu pozursan. Polislərdən biri mənə «sən kitabları göyərti satan kimi satırsan» dedi. Onlara izah etməyə çalışdım ki, internet üzərindən kitab satmaq qanunu pozmur. İnternet üzərindən satış dünyada var, bunu hamı edir, hətta Azərbaycanda da. Onlar məni dinləmədilər, kobud və əl-qol hərəkətləri ilə danışdılar. Məni Səbail rayonunun 9-cu polis bölməsinə apardılar».

«ÇE GEVARANIN ŞƏKLİNƏ BAXIB DEDİ Kİ, BU DİNDARDIR»

Qurban Məmmədov polis bölməsində 5 saatdan çox dindirildiyini deyir:

«Polislər mənlə kobud davrandı, təhqir etdilər. Əvvəlcə dedilər ki, sən qanunsuz sahibkarlıq edirsən, daha sonra dedilər ki, küçə ticarəti ilə məşğulsan. Polis rəisi kitablardan birini - Çe Gevaranın kitabını əlinə götürdü. Üstündəki şəklə baxıb dedi ki, bu dindardır, sən dini kitablar satırsan. Orda bir MTN əməkdaşı vardı, dedi sən əslində yaxşı işlə məşğulsan, amma etmə. Gecə 1-də məni buraxdılar. Cərimə edildim. Onsuzda yaxşı olmayan maddi durumuma 80 manat da zərər dəydi».

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən AzadlıqRadiosuna bildirdilər ki, Qurban Məmmədov küçə ticarəti lə məşğul olurdu:

«Qurban Məmmədov küçə ticarəti ilə məşğul idi. Əməkdaşlarımız onu bölməyə gətirdilər. Protokol tərtib etdik, yola saldıq getdi. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 80 manat cərimə olunub».

XS
SM
MD
LG