Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:15

İsveçdən 4 hüquq müdafiəçisinin dərhal azadlığa buraxılması tələbi


Leyal Yunus
Leyal Yunus

İsveçin İnsan Haqları Müdafiəçiləri təşkilatı Azərbaycan hakimiyyətini Rəsul Cəfərov və digər siyasi məhbusları dərhal azadlığa buraxmağa çağırır.

Avqustun 17-də yaydığı bəyanatda bildirilir ki, Avropa Şurasında sədrliyə baxmayaraq Əliyev rejimi Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqləri daha da gücləndirir.

Təşkilatın icraçı direktoru Robert Hårdh-nin imzaladığı müraciətdə deyilir ki, üzərinə beynəlxalq öhdəliklər götürən Azərbaycan hakimiyyəti Rəsul Cəfərovu, İntiqam Əliyevi, Leyla və Arif Yunusovları qeyd-şərtsiz azad etməlidir.

Azad olunması istənilən hüquq müdafiəçiləri iyulun sonu avqustun əvvəli həbs olunublar. Leyla Yunusa qarşı dövlətə xəyanət maddəsi daxil olmaqla altı, qalanlara isə vergidən yayınma, qanunsuz sahibkarlıq maddələri ilə ittihamlar irəli sürülüb və barələrində 3 aylıq həbs qərarı verilib.

Təşkilat avqustun 15-də Azərbaycan prezidenti İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədov və Baş prokuor Zakir Qaralova Azərbaycandakı insan hüquqları barədə açıq məktubla müraciət edib.

Azərbaycan rəsmiləri adı çəkilən hüquq müdafiəçilərinin konkret cinayət əməllərinə görə saxlandıqlarını, onların işi ilə bağlı hər hansı siyasi motiv olmadığını deyirlər.

XS
SM
MD
LG