Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:54

Prezidentin qızı «itdən də pis rəftar»dan şikayətlənir-Mətbuat icmalı


Gulnara Karimova onunla itdən də betər davranıldığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Gulnara Karimova onunla itdən də betər davranıldığını deyir

-

Gulnara Karimova yeni audio mesajında təcili kömək istəyir. Dövlət Departamentinin keçmiş müşaviri isə hesab edir ki, indiki ABŞ-Rusiya qarşıdurması çox təhlükəli şəkildə 1941-ci ildəki ABŞ-Yaponiya qarşıdurmasını xatırladır. O vaxtki qarşıdurma müharibəyə apardı… Dünya mediası nədən yazır?

PREZİDENTİN NƏVƏSİNİN NƏ GÜNAHI?

BBC-nin müxbiri Natalia Antelava Özbəkistan prezidenti İslam Karimovun qızı Gulnara Karimovanın məxfi audio mesajını əldə edib. Orda Gulnara Karimova deyir ki, o və onun yeniyetmə qızı ilə “itdən də pis rəftar edirlər”.

Antelava yazır ki, Gulnara Karimovanın səsini tanımaq asandır. Prezidentin qızı deyir:”Bizim tibbi yardıma təcili ehtiyacmız var. Bu, bizim USB yaddaş kartı ilə ölkədən qırağa mesaj göndərmək imkanımızdır, biz istənilən köməyə görə minnətdar olardıq”.

42 yaşlı Gulnara Karimova bir vaxtlar dünyanın ən zorakı, məxfi, təcrid olunmuş rejimlərindən olan Özbəkistanın beynəlxalq aləmdə gözəgəlimli siması idi. Ancaq prezident atasının gözündən düşməyi ilə Gulnara Karimovanın ictimai enişi dramatik oldu.

Antelava yazır ki, mart ayında da o, Karimovanın əllə yazılmış məktubunu almışdı. Orda Gulnara yazırdı ki,o və qızı ev dustağıdır. “Evin ərazisi 100-lərlə kamera və texniki qurğularla əhatə olunub.Bunlar istənilən kommunikasiyanın qabağını alır. Bu, dəhşətli təzyiq və stressdir. Bizim tibbi yardıma təcili ehtiyacımız var”.

Gulnara Karimova hər məktubunda qızının səhhətindən narahatlıq bildirir. Onun İman adlı 16 yaşlı qızının vəziyyəti haqda Gulnara Karimovanın oğlu, Oxford Brookes universitetinin tələbəsi olan İslam Karimov deyir ki, İman ürəyinin vəziyyətini nəzarətdə saxlayan qurğunu həmişə üstündə gəzdirir. Onda uşaqlıqdan ürək problemi var. Ancaq indi həmin qurğunu çıxarıblar. O, hər il keçdiyi tibbi nəzarətdən də keçə bilmir. İslam Karimov deyir ki, anası Gulnara Karimovanın da cərrahiyyə əməliyyatına ehtiyacı var.

Human Rights Watch insan haqları təşkilatından olan Andrew Stroehlein deyir ki, Özbəkistanda insan haqları pozuntularının tarixi uzundur, ancaq Gulnara məsələsi istisnadır. Təkcə ona görə yox ki, o, prezidentin qızıdır. Həm də ona görə ki, onun vəziyyəti haqda məlumat yalnız bir mənbədən gəlir- bu da onun özüdür.

Stroehlein onu da deyir ki, Gulnara həmişə hakimiyyətin ən yuxarılarında olub, Özbəkistanda sistemli və ciddi insan haqları pozuntuları ilə bağlı informaiyaya onun çıxışı olub, onun dəfələrlə bu informasiyanı jurnalistlərə və insan haqları qruplarına vermək imkanı olub, ancaq o bunu heç vaxt etməyib”.

Londondakı Özbəkistan səfirliyi bu məqalədə deyilənlərlə, Gulnara Karimovanın dedikləri və onun vəziyyəti ilə bağlı şərh verməyib.

HEÇ 1941-Cİ İLLƏ MÜQAYİSƏ ETMİRLƏR

New York Times qəzetində “Sanksiyalar nə vaxt müharibəyə aprır” adlı yazıda deyilir ki, Ukraynada separtaçılarla döyüşlər, Rusiyanın təcavüz təhlükəsi bir çox tarixçilərin yadına 1914-cü ili salır. Ancaq onlar daha təhlükəli 1941-ci illə müqayisə aparmırlar.

Məqalənin müəllifi- 2003-2005-ci illərdə Dövlət Deprtamentində müşavir olan , indi isə Milli Maraq naminə Mərkəzin rəhbəri Paul Saunders yazır ki,

2-ci dünya müharibəsi ərəfəsi ABŞ Yaponiyanın Cənub-Şərqi Asiyaya təcavüzünün qarşısını almaq istəyirdi. Dövlət Deprtamenti əmin idi ki, Yaponiya ABŞ-la kəllə-kəlləyə gəlmək istəməyəcək. Ona görə ABŞ Yaponiyaya “kökə” yox, yalnız “dəyənək” təklif edirdi.

Dəyənək isə zəif idi. Çünki bu gün Obama olduğu kimi o vaxt da ABŞ prezidenti Roosevelt heç vaxt aydın şəkildə güclə hədələməyib. Yaponiya ABŞ-ın mövqeyini belə başa düşürdü ki, ABŞ Yaponiyanın super dövlət rolundan imtina etməsini tələb edir. Yaponiya bununla barışmaqdansa, müharibəyə getməyi seçdi.

Saunders hesab edir ki, bu gün ABŞ-Rusiya qarşıdurması o vaxtki ABŞ-Yaponiya qarşıdurmasına oxşayır.

Müharibəyə gedib –çıxmasın deyə, Saundersin fikrincə, Vaşinqton söz verməlidir ki, Rusiyanın Ukraynaya təcavüzünə imkan verməyəcək, o biri tərəfdən, ABŞ Ukrayna ətrafında geniş və dərin dialoqa hazır olduğunu göstərməlidir. Gələn həftə Putinlə görüşən Poroshenkonu ABŞ sülhə sövq etməlidir. Ukrayna ordusu müəyyən uğurlara qazanıb, ona görə indi daha yaxşı şərtlərlə sülh bağlaya bilər.

Amerikada bəziləri deyəcək ki, danışıqlara getmək Putinin təcavüzünü mükafatlandırmaqdır. Ancaq Putinin siyasəti onsuz da Rusiyaya böyük ziyanı vurub.

Saunders sonda yenə təkrar edir ki, indi əsas olan müharibədən yayınmaqdır.

XS
SM
MD
LG