Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:14

S.Lavrov: «Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olmayacaq»


Rusiyanın xarici işlər naziri Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olmayacaq. Ancaq Kiyev və Qərb bildirir ki, bu müdaxilə artıq baş verib.

Lavrov xarici siyasət üzrə təhsil alan tələbələrə bildirib ki, Rusiya Ukraynanın şərqinə «hərbi müdaxilə» etməyəcək. Apreldən bəri rusiyayönlü separatçılar hökumət qüvvələri ilə döyüşür, 2.600-dən çox adam həlak olub.

NATO-nun son dəyərləndirməsinə görə, Ukraynada azı 1.000 Rusiya əsgəri var.

Lavrov deyir ki, sentyabrın 1-də Minskdə Ukrayna böhranına dair danışıqlarda dərhal atəşkəs məsələsi müzakirə olunmalıdır.

Onun sözlərinə görə, dərhal atəşkəsə ehtiyac var, ancaq Ukrayna prezidenti Petro Poroshenko-nun atəşkəs planı separatçıların tərk-silahı və özlərinin məhvinə razılaşmaq bərabərdir.

Lavrov söyləyib ki, Birləşmiş Ştatlar və AB Kiyevdən tələb etməlidir ki, hökumət qüvvələrini dinc sakinlərin vurula biləcəyi mövqelərdən çəksin.

XS
SM
MD
LG