Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:28

Müstəntiqlər Malayziya təyyarəsindən 25 metal qəlpə toplayıb


Malayziya hava Yolları şirkətinin MH 17 təyyarəsinin qəzasını araşdıran müstəntiqlər təyyarədə olan sərnişinlərin cəsədlərindən və onların yüklərindən 25 metal qəlpə toplayıblar.

Hollandiya prokurorluğu xidmətinin rəisi və beynəlxalq istintaqa başçılıq edən Fred Westerbeke deyib ki, bu qəlpələrtin hansı növ raketə məxsus olmasını araşdırırlar.

Hazırda onun sözlərinə görə, müstəntiqlər diqqətlərini yer-hava növlü raket versiyasında cəmləyiblər.

Bu versiyanın lehinə olan arqument təyyarənin böyük hissələrə parçalanmasıdır.

Westerbeke deyib ki, metal qəlpələrin məhz yer-hava növlü raketə aid olmasını deyə bilməzlər. Ancaq onlar onu deyə bilərlər ki, məhz hazırda bunu araşdırırlar.

Müstənqtilər cəsədlərdən və yüklərdən 500 nümunə götürüblər. Öyrənilən rəqəmsal informasiyalar 350 milyon səhifədir.

Qəza yerində olan 100 Hollandiya, Malayziya, Avstraliya polis və müstəntiqlərindən ibarət komandanın rəhbəri Patricia Zorko deyib ki, onlar prokurorlara 750 video, 20 min foto veriblər.

XS
SM
MD
LG