Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:29

Evlənmədən özçəkim yasaqlandı


Foto: Arxiv
Foto: Arxiv

-

Hindistanın Mumbay şəhərində evli olmadan «selfi» çəkən cütlər həbs edilir.

«Mumbai Mirror» qəzetinin xəbərinə görə, polisin aldığı yeni təlimatlarda indən belə fotoşəkil çəkərkən əlini yoldaşının belinə qoymaq və ya qrup «selfi»sində qucaqlaşmaq suç sayılır.

Yeni təlimatlar artıq həyata keçirilir. Bu ay Mumbayın bir ticarət mərkəzi önündə «selfi» çəkən cüt «bir-birinə sarıldıqları» səbəbi ilə tutulub. Yoldaşları ilə «selfi» çəkən iki oğlan da «əks cinsə mənsub şəxslərə toxunduqları üçün» həbs olunublar. Hər iki olayda tutulanlara əxlaqazidd davranışlara görə cərimə də kəsilib. Maraqlıdır ki, bu halların heç birində polis «suçlulara» nəyin və niyə əxlaqazidd olduğunu əsaslandıra bilməyib.

MƏQSƏD–TƏCAVÜZÜ ÖNLƏMƏKDİR

Hindistanda get-gedə çoxalan cinsi təcavüz halları polisin bənzər üsullardan yararlanmasına yol açır. Polis komissarı Rakesh Maria söyləyib ki, «Təcavüzləri önləmək istəyən polis heyətinin məqsədi heç də sevgili cütlərin həyatına qarışmaq deyil».

«Mumbai Mirror»da çalışan jurnalistlər yerli və səlahiyyətli polis əməkdaşlarından həbslərin səbəbini soruşarkən, «bu həbslər özəl şikayətlər gəldiyi üçün baş verib» cavabını alıblar. Polis müfəttişi Subhash Daphale isə heç bir şikayət gəlmədiyini, tutulan oğlanla qızın bankda oturarkən «əxlaqsız hərəkətlərə» yol verdiklərini, ordan keçən bir polis-patrul xidməti avtomobilindən də bunun görüldüyünü iddia edib.

XS
SM
MD
LG