Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:35
Azərbaycan, Avropa Birliyi və İŞİD bayrağı bir arada
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Azərbaycan, Avropa Birliyi və İŞİD bayrağı bir arada

Milli Şuranın mitinqində siyasi dustaqlara azadlıq tələbi [Video/Foto]

Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər. Milli Şuranın təşəbbüsü ilə keçirilən mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkirlər. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandırır, ictimai fəalların həbsi arxasında heç bir siyasi motivin olmadığını bəyan edirlər.

AzadlıqRadiosunun əməkdaşları aksiyanı canlı izləyərək xəbərlər daim yeniləyirdilər. Canlı bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Bloqunda sonunda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək olar

15:20 12.10.2014
18 yaşdan aşağı buraxılmır....

Saat 15 00-dan "Məhsul" stadionuna adamların buraxılmasına başlanıb. Onlar yoxlanılır. Yaşı 18-ə çatmayanların isə stadiona girişi əngəllənib.

Etirazçılar əllərində adları siyasi məhbus siyahılarında olanların şəkillərini tutublar.

Onlar həmçinin "Leyla Yunusa azadlıq", "Avropa Birliyi ilə assosiasiya sazişi imzalansın", "Dostunu göstər, deyim kimsən" "Bunlar yeyib doyub, hesabı gətirin", "Kredit içində boğuluruq" və s. fikirlər yazılmış şüarlar qaldırıblar.

14:53 12.10.2014
AzadlıqRadiosunun müxbiri saxlanıb

AzadlıqRadiosunun müxbiri Yafəz Əkrəmoğlunu Metro Polisi saxlayıb. Səbəbsə mitinqin keçiriləcəyi "Məhsul" stadionuna yaxın yerləşən "İnşaatçılar" metrosunun çıxışında çəkiliş aparması olub:

“Metronun çıxışında hər zamankından daha çox polis vardı. Ola bilsin bugünkü mitinqlə əlaqədardır. Metro polisi məni saxladı. Bildirdi ki, çəkiliş aparmaqla qanunu pozuram”.

Polis əməkdaşları Yafəz Əkrəmoğlunun fotoaparatındakı şəkilləri sildikdən sonra onu sərbəst buraxıblar.

14:43 12.10.2014
Stadion mühasirədə

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, mitinqin keçirildiyi "Məhsul" stadionunun ətrafını polis mühasirəyə alıb. Stadionun ətrafında və yaxın yerlərdə piyada və avromobillərin hərəkəti məhdudlaşdırılıb.

Stadiona adamların saat 15 00-da buraxılacağı deyilir. Müxbir bildirir ki, hazırda stadionda daxili qoşunların 5 nəfər silahlı əsgəri var. Onlar stadionda qurulan tribunanın ətrafını lentlə mühasirəyə alıblar. Təşkilatçılara bildiriblər ki, təhlükəsizlik tədbirləri görmək üçün bunu edirlər.

13:52 12.10.2014

«Məqsədimiz Azərbaycanın imicinə ziyan vuran repressiyalara yox deməkdir». - Bunu Milli Şuranın təyin etdiyi mitinq haqda qurumun sədri Cəmil Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycanda siyasi və vicdan məhbuslarının sayı 105 nəfəri ötüb, ona görə də «siyasi məhbuslara azadlıq» şüarı ilə mitinq keçirmək qərarı verilib.

Davamı

XS
SM
MD
LG