Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:49

Ermənistan XİN: «Əliyevlə görüş konstruktiv, faydalı və səmimi olub»


-

Rəsmi Yerevan bildirib ki, oktyabrın 27-də Parisdə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev arasında keçirilən görüş “konstruktiv, faydalı və səmimi” olub.

Bu bəyanatı oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan səsləndirib.

O deyib ki, Fransa prezidenti Francois Hollande-ın təşəbbüsü ilə keçirilən görüşdə Sarkisyan və Əliyev Dağlıq Qarabağ münaqişəsinə dair çox sayda məsələləri müzakirə ediblər.

Nalbandyan həmçinin vurğulayıb ki, iki prezident tərəflər arasında etimadyaratma tədbirlərinə dair Fransa prezidentinin təkliflərini qəbul ediblər.

Siyasi iradə

Hollande hər iki tərəfi mübahisəli regiona aid fikir ixtilaflarının üzərindən aşmaq üçün “siyasi iradə”yə çağırıb.

Fransa prezidenti Francois Hollande Bakı və Yerevanı Dağlıq Qarabağa dair daha çox danışıqlar keçirməyə çağırıb.

Reuters agentliyi xəbər verir ki, ötən bazar ertəsi Parisdə birbaşa təmasların bərpasının ardınca Ermənistan və Azərbaycan liderləri Dağlıq Qarabağa dair danışıqlara razılaşıblar.

Status quo davamlı deyil

Fransa prezidenti Francois Hollande-ın ofisi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünə ev sahibliyi etdikdən sonra bildirib ki, “status quo davamlı deyil”.

Hollande-ın ofisi həmçinin elan edib ki, iki prezident toqquşmalar zamanı itkin düşənlər barədə məlumat mübadiləsi etmək qərarına gəliblər.

Növbəti Əliyev-Sarkisyan görüşü gələn il olacaq

“Ermənistan və Azərbaycan prezidentləri dialoqun davam etdirilməsi, o cümlədən Nyu Yorkda 2015-ci ildə keçiriləcək BMT Baş Assambleyasının 2015-ci ilin sentyabrında keçiriləcək iclası əsnasında yeni danışıqlara başlanması barədə qəbul ediblər” – deyilir rəsmi Parisin bəyanatında.

Associated Press xəbər verir ki, bu bəyanatdan əvvəl Fransa prezidenti Francois Hollande, İlham Əliyev və Serj Sarkisyanın iştirakilə üçtərəfli danışıqlar aparıb.

Bu da bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumat mübadiləsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında keçiriləcək.

Üçtərəfli danışıqlardan əvvəl Hollande Azərbaycan və Ermənistan prezidentlərinin hər biri ilə ayrılıqda görüş keçirib.

XS
SM
MD
LG