Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:49

Azərbaycan «Qızıl Payız»dan Qran-pri ilə qayıtdı


 “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı
“Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı

-

Macarıstanın Balatonfüred şəhərində oktyabrın 27-dən başlayaraq 3 günlük “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı keçirilib.

​Bəstəkarlar arasında keçirilən müsabiqədə Azərbaycanı təmsil edən gənc bəstəkar Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli Festivalın Qran-pri mükafatına layiq görülüb.

Gənc bəstəkar Tural Məmmədli festivalın "Qran-pri"ni qazanıb
Gənc bəstəkar Tural Məmmədli festivalın "Qran-pri"ni qazanıb

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, festivalda 10-dan artıq ölkənin -- İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.

​80-dən çox musiqiçinin qatıldığı Festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib.

Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda Tural Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib.

Azərbaycanın digər təmsilçisi, pianoçular müsabiqəsində iştirak edən Səbinə Mehdiyeva də fəxri kürsünün yüksək pilləsinə qalxıb-- birinci yerə layiq görülüb.

XS
SM
MD
LG