Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Rus aktyor Ukrayna mövqelərinə atəş açır


Mikhail Porechenkov pulemyotdan atəş açır, 30 oktyabr, 2014
Mikhail Porechenkov pulemyotdan atəş açır, 30 oktyabr, 2014

-

Ukraynada rusiyalı aktyor Mikhail Porechenkov-a qarşı cinayət işi qaldırıldı.

O bu günlərdə Ukraynada rusiyameylli separatçıların nəzarət etdiyi bölgədə olub və yaraqlılarla birlikdə pulemyotdan atəş açıb.

Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, aktyor Donetsk aeroportundakı Ukrayna ordusu bölməsinin atəşə tutulmasında şəxsən iştirak edib.

“Bu kadrlar televiziyada göstərilib, Rusiya vətəndaşı bu yolla özünü ifşa edib, Cinayət Məcəlləsinə görə, bu əməlin cəzası 7 ildən 12 ilədək həbsdir” –daxili işlər naziri Arsen Avakov “Facebook”da yazıb.

Nazir bildirib ki, iş materialları məhkəməyə göndəriləcək və aktyor İnterpol vasitəsilə axtarışa veriləcək, axtarışa verildiyi üçün Rusiyadan kənara çıxa bilməyəcək.

Youtube-dakı videoda aktyorun “Pressa” yazılmış dəbilqə geydiyi görünür. O, qondarma Donetsk Xalq Respublikasına “Poddubnıy” filmini təqdim etməyə gedib. Aktyor deyib ki, bu təqdimatla həm də yaraqlıları dəstəkləməyə gəlib: “Əsas odur ki, təslim olmayın. Mən də sizinləyəm”. O, videoda pulemyotdan da atəş açır.

(Ardı aşağıda)

Rusiya Jurnalistlər Birliyi bildirib ki, aktyorun “Pressa” yazılmış dəbilqə ilə polemyotdan atəş açmağa haqqı yox idi. Birliyin katibi Pavel Gutionov deyib ki, həmin dəbilqəni geyməyə haqqı olan jurnalistlərin qanının töküldüyünü bilə-bilə belə oyun çıxarmaq alçaqlıq və məsuliyyətsizlikdir.

Aktyor isə dəbilqənin ona öz təhlükəsizliyini qoruması üçün verildiyini deyib. “Mən insanlara atəş açmamışam, bu, təlim güllələri olub”. Porechenkov ona qarşı cinayət işinin açılmasını “gücsüzlüyün göstəricisi” və “ağılsızlıq” adlandırıb.

Porechenkov Krımdakı separatçı referendum ərəfəsində Rusiya prezidenti Putinin siyasətini bəyanatla dəstəkləyən 85 mədəniyyət xadimindən biri olub.

XS
SM
MD
LG