Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:11
Milli Şura Bayraq Günündə mitinq keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Milli Şura Bayraq Günündə mitinq keçirdi

Milli Şuranın mitinqi belə keçdi (Foto-Video)

Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər.

Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb ediblər. Milli Şuranın təşəbbüsü ilə keçirilən mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkirlər. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandırır, ictimai fəalların həbsi arxasında heç bir siyasi motivin olmadığını bəyan edirlər.

AzadlıqRadiosunun əməkdaşları aksiyanı canlı izləyərək xəbərləri daim yeniləyiblər. Canlı bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Bloqun sonunda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

16:49 9.11.2014
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00
Direct-ə keçid

«Həbs olunan ictimai məhbusların günahı xalqının azadlığını istəməkdir »

Cəmil Həsənli həbs olunan ictimai məhbusların bir-bir adlarını sadalayır. Deyir ki, onların günahı insanlıq borcunu, vicdan borcunu yerinə yetirmək istəmələri, xalqının imzasını imzalar içində görmək, xalqının azadlığını istəməkdir:

«Xalid Qarayevi söyüş söyməyə görə tutublar. Bu söyüşlər televiziyalardan səslənir».

Cəmil Həsənli mitinq başlamazdan öncə polisin jurnalistlərdən qurulmuş dəmir çərçivə hüdudunda işləməyi tələb etməsinə toxunub:

«Bunlar zoopark təfəkkürü ilə bütün milləti «reşetko»ya doldurmaq istəyirlər. İlham Əliyev deyir, Azərbaycan güclü dövlətdir. Bu dövlətin gücünü onlar nədə görürlər: təhsili yox, səhiyyəsi yox, torpaqları işğal altında, verdiyi əmək haqqı dilənçi payı, işləyənə iş yerində hörməti yox, iş yeri yox! Onlar bu ölkənin gücünü nədə görürlər? Bəlkə xarici ölkələrdə yerləşdirdikləri maliyyədə görürlər gücü?»

16:39 9.11.2014

FORUMDA YAZIRLAR

Mirəli adlı oxucumuza yazır ki, bu mitinq Leyla Yunusun çağırışına cavabdır. Onun fikrincə, Avropa qurumları Azərbaycanda iqtidara ictimai müqavimət olmadığından siyasi məhbusları müdafiə edə bilmirlər və guya Leyla Yunus onun həbsdə, Cəmil Həsənlinin isə azadlıqda qalmasını sonuncuya irad tutur. Onunla razısanmı. Mitinq haqda fikirlərini canlı bloqun sonundakı forumda paylaşa bilərsən.

16:22 9.11.2014

Cəmil Həsənli: «Qurucu babalarımız yoxdan bir bayraq düzəltdilər, onu ucaltdılar. Bu gün sizin başınız üstündədir. Yenə də millətimiz bu bayrağın kölgəsinə sığınıb. Millətin ruhu bayrağa hopanda, o simvoldur. Bunsuz bayraq bir bez parçasıdır».

Davamı

XS
SM
MD
LG