Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:58

Avropa Birliyinin ali məhkəməsi "rifah turizmi" əleyhinə qərar verdi


Avropanın Aqli məhkəməsi “rifah turizmi” əleyhinə qərar verdi.

Məhkəmənin qərarı ilə bundan sonra Avropa Birliyi ölkələri işsiz mühacirlərə bəzi müavinətləri verməyə bilər. Avropa Birliyinin Ədalət Məhkəməsinin qərarında deyilir ki, “iqtisadi cəhətdən fəal olmayan Avropa birliyi vətəndaşı bir ölkədən başqasına yalnız sosial xeyir götürmək məqsədilə gedirsə, onu müəyyən sosial müavinətlər siyahısından çıxartmaq olar”.

Məhkəmənin qərarı Dano soyadlı Rumıniya vətəndaşının şikayəti ilə bağlıdır. Rumıniyadan olan Elisabeta Dano və onun oğlu Almaniyadan müavinət istəyirdi, Almaniya bunu verməkdən imtina etdi və Dano Lüksemburqda qərarlaşan Avropa Birliyi məhkəməsinə şikayət etdi.

Məhkəmənin bu qərarı Britaniyanın baş naziri Cameronun uzun müddətdir ki, göstərdiyi səylərə yardım edəcək. Cameron “rifah turizmi” adını alan bu təcrübə ilə uzun illərdir ki, mübarizə aparır.

XS
SM
MD
LG