Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Muiznieks: «Dəyişikliklər insan haqları problemini daha da dərinləşdirir»


Nils Muižnieks
Nils Muižnieks

-

“QHT-lərə xarici qrantların verilməsinə dair yeni qanunvericilik dəyişiklikləri Azərbaycan hökumətinə imkan verir ki, vətəndaş cəmiyyətini daha çox nəzarətdə saxlasın. Bu dəyişikliklər ölkənin insan haqları problemlərini daha da dərinləşdirir”. Bunu Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks (@CommissionerHR) tvitter hesabında yazır.

Qeyd edək ki, Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrantlar haqqında” qanunlara dəyişiklik və əlavələr haqqında qanunları imzalayıb. Bu düzəlişlər QHT-lərin xarici mənbələrdən maliyyələşdirilməsini daha da sərtləşdirir. Belə ki, QHT-lərin xarici maliyyə mənbələrinin hesabına işləri və xidmətləri Ədliyyə Nazirliyində qeydiyyata alınan müqavilələr əsasında həyata keçirilir, işlərin qeydiyyatsız həyata keçirilməsi inzibati məsuliyyət nəzərdə tutur. Bundan başqa, xarici donor Azərbaycanın icra hakimiyyəti orqanlarının razılığını aldıqdan sonra qrant verə bilər.

Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks AzadlıqRadiosuna son müsahibəsində ümidini bildirmişdi ki, “növbəti bir neçə ay ərzində QHT qanunu və onun tətbiqinə yenidən baxmaq imkanları yaranacaq”. O, həmin məsələni Ədliyyə naziri Fikrət Məmmədovla görüşündə də qaldırdığını deyirdi.

XS
SM
MD
LG