Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:07

Leyla Yunusu vəziyyəti Ədliyyə Nazirliyində müzakirə olunub


 Leyla Yunus
Leyla Yunus

-

“İnsan hüquqları üzrə Birgə Qrup" üzvləri həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusu son vəziyyəti ilə bağlı Ədliyyə Nazirliyində olublar. Bu haqda AzadlıqRadiosuna qrupun üzvü Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, onları ədliyyə nazirinin müavini qəbul edib:

“İnsan Haqları məsələləri üzrə müavin Faiq Qurbanovla görüşdük. Onlar etiraz edirlər yayılan məlumatlara. Deyirlər ki, Leyla Yunusun kamerasına dörd nəfər mülki geyimlinin daxil olması ilə bağlı yayılan məlumat yalandır. Bildirdilər ki, həmin gün onun kamerasına həkimlər daxil olub. Təcridxanaya zəng etdik, oradan da təkzib etdilər bu məlumatı. Biz Leyla xanımla görüşmək üçün imkan yaradılmasını xahiş etdik. Lakin, istintaq altında olan şəxslərlə görüş qanunla qadağan olunduğundan buna imkan vermədilər. Faiq müəllimlə həm də digər siyasi məhbusların məsələsini müzakirə etdik”.

Dekabrın 2-də mətbuatda Leyla Yunusun məktubu yayılıb. Həmin məktubda hüquq müdafiəçisi bildirir ki, noyabrın 25-də 4 nəfər mülki geyimli şəxs onun saxlandığı kameraya daxil olaraq ona fiziki və mənəvi təzyiqlər göstərib.

Leyla Yunusun bundan öncə də bir neçə dəfə həbsxanada işgəncəyə məruz qalması ilə bağlı məktubları yayılıb.

Ədliyyə Nazirliyi və Ombudsman aparatından isə bu cür xəbərləri təkzib edərək, həbsxanada vəziyyəti yaxşı olduğu, heç bir məhbusa işgəncə verilmədiyini bildirirlər.

XS
SM
MD
LG