Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:56

Hacı Məmmədov deyib ki, o, Kamil Sədrəddinovu tək Əsgər Ələkbərovla yox, daha bir neçə şəxslə hədələyib


Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edib. Hacı Məmmədov təqsirləndirilən şəxslərdən DİN keçmiş şöbə rəisi Kamil Sədrəddinovu Daxili İşlər nazirinin müavini Əsgər Ələkbərovla hədələməsini təsdiq edib. Oktyabrın 11-də keçirilən məhkəmə prosesində Kamil Sədrəddinov işdə tez-tez fasilələrə yol verdiyindən Hacı Məmmədovla aralarında problemlər yarandığını bildirmişdi. DİN-in keçmiş şöbə müdirinin sözlərinə görə, onun iradlarına cavab olaraq Məmmədov onu Əsgər Ələkbərovla hədələyirdi.


Oktyabrın 12-də Hacı Məmmədov dedi ki, o Kamil Sədrəddinovu tək Əsgər Ələkbərovla yox daha bir neçə şəxslə hədələyib. Əsgər Ələkbərov isə «Turan» informasiya agentliyinə müsahibəsində onun adının məhkəmədə himayəçi kimi hallanmasını sifariş adlandırıb. O, deyib ki, ona böhtan atmaqla məhkəmənin məsuliyyətindən yayınmaq mümkün deyil.
XS
SM
MD
LG