Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:06

Keçmiş bank işçisi niyə işsiz qaldı?..


Arxiv fotosu
Arxiv fotosu

-

“Kapital bank” ASC-nin 2 saylı Səbayel filialının kassiri Rizvan Hüseynov işdən çıxarılıb. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov onun hüquqi nümayəndəsidir. O, AzadlıqRadiosunun "Qaynar xətt"inə bildirib ki, RizvanHüseynovun əmək hüquqlarının bərpa olunması üçün dəfələrlə “Kapital bank” ASC-nin sədri Rövşən Allahverdiyevə yazılı müraciətlər etsə də, müsbət nəticə əldə olunmayıb:

“Lakin nə Rövşən Allahverdiyev, nə də ki, digər aparıcı əməkdaşlar müharibə veteranı, şəhid ailəsi olan Rizvan Hüseynovun işdən çıxarılmasının səbəbini qanun çərçivəsində izah etmirlər. Halbuki, Rizvan Hüseynov 8 il həmin bankda işləyib. İşlədiyi müddətdə bank rəhbərliyi onu dəfələrlə qiymətli hədiyyələrlə və fəxri fərmanlara təltif edib. O, illərlə işlədiyi ”Kapital bank"dan kredit götürərək maşın, mənzil alıb. Hazırda “Kapital bank”a azı 50 min manat kredit borcu var".

"BANK RƏHBƏRLİYİ ƏMƏK MƏCƏLLƏSİNİ POZUB"

Hüquq müdafiəçisi bildirib ki, “Kapital bank” ASC-nin sədri Rövşən Allahverdiyevdən və müavinlərindən Rizvan Hüseynovun atası Əli Hüseynovu qəbul etmələrini xahiş edib:

“Lakin müxtəlif bəhanələr gətirilərək bu günə qədər bank rəhbərliyi nə Əli Hüseynovu qəbul edib, nə də oğlunu işə bərpa edib".

Hüquq müdafiəçisi bildirir ki, bank rəhbərliyi Rizvan Hüseynovu işdən çıxarmaqla Əmək Məcəlləsinin 78-ci maddəsini pozub. Bu maddə şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün, onlara bərabər tutulanlara və qaçqın statusu olanlara hörmətsizlik etməklə qeyd olunan əməlləri nəzərdə tutur:

"Bank rəhbərliyi bilə-bilə ki, işçisi kredit ödəyicisidir, ödədiyi kreditin məbləği isə on min manatlarla ölçülür, bununla belə onu işsiz qoyur. İş Rizvan Hüseynovun yeganə gəlir mənbəyi idi. İndi bank düşünsün ki, keçmiş işçisi ona krediti necə ödəyəcək".

“Kapital bank” ASC-dən keçmiş işçi ilə bağlı "Qaynar xətt"in suallarını cavablandıran olmayıb.

XS
SM
MD
LG