Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:33

Prezidentin mətbuat katibi Xədicə İsmayılla bağlı bəyanatlara cavab verir


“İndiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb”

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov bunu APA-ya müsahibəsində deyib.

O beynəlxalq təşkilatların araşdırmaçı jurnalist Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibət bildirərıək deyib ki, həmin qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri heç bir reallığı əks etdirmir:

"Hər hansı bir beynəlxalq qurum ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verməyib. Sadalanan qeyri-hökumət təşkilatların ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər."

XS
SM
MD
LG