Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:57

Tural Mustafayevdən müsahibə alan jurnalistə xəbərdarlıq edildi


Emil Salamoğlu
Emil Salamoğlu

-

«Yeni Müsavat» qəzetinin əməkdaşı Emil Salamoğlu Bakı şəhər Baş Prokurorluğuna çağırılıb.

Bu barədə AzadlıqRadiosuna danışan jurnalist deyib ki, onu şəhər prokurorunun müavini Azər Əsgərov qəbul edib. Jurnalistə istintaq sirrini yaymaqla bağlı xəbərdarlıq edilib:

«Tural Mustafayevdən aldığım müsahibəni dərc etməklə istintaq sirrini yaydığım bildirildi. Mənsə KİV haqda qanun ilə mənim məlumat alma və yayma hüququmun olduğunu söylədim. Prokurorun müavini məni istintaq sirrini yaymaqla bağlı xəbərdarlıq etdi və bir daha bunu təkrarlamamağı söylədi».

Emil Salamoğludan başqa «Yeni Müsavat»ın digər əməkdaşı Sevinc Telmanqızı da prokurorluğa çağrılıb. O, AzadlıqRadiosuna prokurorluğa getmədiyini və getməyi düşünmədiyini söyləyib.

Jurnalist Xədicə İsmayıl Tural Mustafayevi özünüöldürmə həddinə çatdırmada ittiham edilir. X.İsmayıl 2 ay müddətinə həbs olunub.

Emil Salamoğlu Tural Mustafayevdən baş verənlərlə bağlı müsahibə alıb. Sevinc Telmanqızının «Xədicəyə tikilən torbanın yamaqları...» adlı məqaləsi dərc olunub.

Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərova AzadlıqRadiosuna jurnalistlərin prokurorluğa çağırılmalarını təsdiqlədi. Lakin o, bunun Xədicə İsmayılın işi ilə bağlı olmadığını bildirdi: «Xədicə İsmayılın işi ilə bağlı deyil. İstintaq sirri olduğundan çağırılmanın səbəbləri haqda məlumat verə bilmərəm».

XS
SM
MD
LG