Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:22

Gender nədir?


«Azadlıq» radiosu «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə yeni layihəsini təqdim edir. ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanan «İkisi bir yerdə» rubrikası gender problemlərinə həsr olunur.

Birinci buraxılışda gender anlayışına aydınlıq gətirməyə çalışdıq. Ümumiyyətlə gender nədir? Qadınları kişilərə bərabər görən feminizmdən nə ilə fərqlənir? Bu sualların cavabları ekspertlər: Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsinin Gender və Qadın Problemləri şöbəsindən Vəfa Ələkbərova, fəlsəfə elmləri doktoru, professor, genderşünas Əli Abbasov və psixoloq Aytən Musayeva cavablandırıb.


Vəfa Ələkbərova: «Gender kişi və qadın hüquqlarının bərabərliyi deməkdir. Yəni kişi və qadınlar arasında cəmiyyətdəki öhdəliklərin və imkanların bərabərliyi».


Aytən Musayeva: «Feminizmlə gender anlayışları arasında yerlə göy qədər fərqlər var. Sadəcə, belə bir stereotip formalaşıb ki, genderlə feminist düşüncələri üst-üstə düşən anlayışlardır. Əslində bu belə deyil»


Əli Abbasov: «Mənə görə gender kişi və qadınları cəmiyyətdə sosial rollarına aid olan məslədir».


Bu sualları ekspertlərlə yanaşı adi vətəndaşlar da cavablandırıb. Verilişdə kişi və qadının cəmiyyətdə roluna dair süjetlər də yer alıb.


DİNLƏYİN
XS
SM
MD
LG