Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49

«Vətəndaş cəmiyyətinin bu cür susdurulacağını gözləmirdi»


Əvəz Zeynallı
Əvəz Zeynallı

-

Gözlə

No media source currently available

0:00 0:05:30 0:00
Direct-ə keçid

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı dekabrın 16-da həbsxanada 45 yaşını qeyd edib.

Baş redaktor keçmiş deputat Gülər Əhmədovanın ərizəsi əsasında 2011-ci ildə həbs olunub. Jurnalistə qarşı bir neçə ittiham irəli sürülüb. İttihamların sırasında Gülər Əhmədovanı deputat olduğu dövrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 10 min manat istəmək, vergidən yayınmaq və s. var.

Əvəz Zeynallı hələ 5 il də həbs həyatı yaşamağa məhkumdur, məhkəmə haqqında 9 il həbs cəzası çıxarıb.

Həbsxanada keçən yubiley tədbiri, baş redaktorun durumu ilə bağlı sualları həyat yoldaşı Məlahət Zeynallı cavablayır:

- Məlahət xanım, dünən həbsxanada Əvəz bəyin 45 yaşını qeyd etdiz. Necə keçdi?

- Səmimi bir ortamda, əzizləri, yaxınları ilə birgə keçdi. Amma hər bir halda həbsxananın şəraitini bilirsiz. Orda ad günü keçirmək belə insana sevinc hisslərini yaşatmır. Yəni bayram əhval-ruhiyəsi yox idi bizdə.

- Səhhəti, durumu necədir?

- Durumu yaxşıdır, həmişəki kimi mətindir. Səhhəti ilə bağlı problemləri var idi, hələ də qalır. Amma əvvəlki kimi mətindir, kitablarını yazır, tərcümə edir. Bir sözlə işi ilə məşğuldur.

- Kitab yazır dediz. Nədən yazır?

- Atası, yaşadığı həyatla bağlıdır. Atatürkün “Nutuk” əsərini tərcümə edir. Artıq bitmək üzrədir. əlavə kitab aparmağımızı istədi. Ümumiyyətlə işsiz qala bilmir. Amma həbsxana şəraiti çətindir. Onlara kompyuter vermirlər, Əvəz bəyin yazmaqdan əlləri qabar olub. 4 ilə yaxındır ki, biz çox çalışdıq ona kompyuter verilməsinə nail olaq, amma alınmadı.

- Bir mesajı varmı?

- Mətbuatın durumu ilə bağlı şikayətləri oldu. Narahatdır ki, Azərbaycanda mətbuat məhv olur, yoxa çıxır. Müstəqil mətbuatın inkişafını çox istəyir.

- Son həbslərdən, xüsusilə, ictimai fəallar və jurnalistlərin həbsindən xəbərdardırmı? Münasibəti necədir?

- Məlumatlıdır. Bütün bunlar onun özünə çox pis təsir göstərir. Həbslərin bu qədər geniş vüsət alacağına dair gözləntiləri olmayıb. Əksinə düşünürdü ki, vətəndaş cəmiyyəti ilə münasibətlər tamam başqa yöndə inkişaf edəcək, dialoq olacaq. Vətəndaş cəmiyyətini bu cür susdurmaq, ələ almaq – bunların heç birini gözləmirdi.

- Gözləntiniz nədir? Qarşıdan bayram gəlir, əfv olacaq yəqin ki.

- Əfv bu insanların azadlığa çıxması üçün bir vasitədir. Məhkəmələr elə qərarlar, saxta hökmlər verirlər ki , əfv siyasi məhbus ailələri üçün həmin şəxslərin azadlığa çıxmasında yeganə vasitə olur. O baxımdan ümidim ölməyib, bu gün də ümidim var. Amma bununla belə həyatımıza nə yazılıbsa onunla yaşayırıq. Yenə həmin insanlarıq, necə idiksə elə də varıq.

XS
SM
MD
LG