Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Ombudsman Aparatı əməkdaşları Xədicə İsmayılla görüşüblər


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüblər.

Bu haqda AzadlıqRadiosuna dekabrın 17-də onunla görüşən vəkil Yalçın İmanov məlumat verib. Vəkilin dediyinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil:

«Aparat əməkdaşları onun kamerasına baş çəkib, saxlanma şəraiti ilə maraqlanıblar. Özünün heç bir narazılığı yoxdur. Ondan əvvəl həbs olunan siyasi məhbusları unutmamağı istədi. Dedi ki, əvvəlki həbslərə reaksiya lazımi səviyyədə olsaydı, sonrakı həbslər də baş verməzdi. Onunla bağlı verilən dəstək bəyanatlarına görə də minnətdarlığını bildirdi. Xədicə bildirdi ki, onun həbsi ilə əlaqəli işlər bağlı qapılar arxasında yox, açıq diplomatik fəaliyyətlə aparılmalıdır».

Vəkil bildirir ki, Xədicə İsmayılın əhvalı-ruhiyyəsi də yüksək səviyyədədir:

«Bütün dostlarına salam dedi. Hər kəsi möhkəm olmağa çağırdı.Dedi ki, həbsxana elə də qorxulu yer deyil».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

XS
SM
MD
LG