Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:54

Prezidentin sözçüsü Azər Qasımov Azadlıq radiosuna polis reydi haqda danışıb


Azərbaycan prezidentinin sözçüsüAzər Qasımov “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılması, ofisin qapısının möhürlənməsi və əməkdaşların istintaqa cəlb olunması ilə bağlı ABŞ rəsmilərinin tənqidlərinə cavab verib.

Azər Qasımov “Media forum” saytına deyib: “Qanun hər kəsə şamil edilir. Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparması və digər hüquqi prosedurlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Buna heç kəsin şübhəsi olmasın”.

Dekabrın 26-da “Azadlıq” radiosunun Bakı bürosunun “Kaspian Plaza”da yerləşən ofisində axtarış aparılıb və sonda ofisin qapısı möhürlənib. Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparıb. Bunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində açılmış cinayət işi ilə bağlı olduğu bəyan edilib. Dekabrın 27-dən “Azadlıq” radiosunun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb,şahid qismində dindirilir.

XS
SM
MD
LG