Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:49

ABŞ senatoru İlham Əliyevi AzadliqRadiosuna hücumu pisləməyə çağırır


Azərbaycanda redaksiya qapısı
Azərbaycanda redaksiya qapısı

-

"Dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosuna basqından, büronun məcburən bağlanmasından dərin narahatlığımı bildirirəm. Bu, ölkədə müstəqil media orqanları və qeyri-hökumət təşkilatlarının uzun müddətdir davam edən qorxudulması kampaniyasında sonuncu hadisədir. Bu, Azərbaycanın beynəlxalq standartlara, hüququn aliliyinə və insan haqlarına hörmət qoymaq öhdəliklərinin kobud şəkildə pozulmasıdır" - bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü, Senator Robert Menendez Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda yazır.

XƏDİCƏ 100 NƏFƏRLİK SİYASİ MƏHBUS SİYAHISINA "QATILIR"

Senator məktubunda ölkədə mətbuat və mediaya senzuranı, eləcə də hökumətin vətəndaş cəmiyyətinə hücumlarını pisləyib.

IREX, Milli Demokratiya İnstitutu kimi beynəlxalq yardım təşkilatlarının Azərbaycandakı işini məcburən dayandırmasını xatırladan Robert Menendez dekabrda AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın da ölkədəki 100-dən artıq siyasi məhbus sırasına daxil olduğunu vurğulayır.

O, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun da adını çəkir.

"Azərbaycanda media, vətəndaş cəmiyyəti və siyasi narazılığın bütün qeyri-zorakı formalarına hücum ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə ciddi zərbədir. Sizi AzadlıqRadiosunun Bakı bürosuna dekabrın 26-da edilmiş basqını pisləməyə və büronun və işçilərinin jurnalist fəaliyyətini davam etdirməsinə icazə verməyə çağırıram. Sizi Xədicə İsmayılova, Leyla Yunus və hazırda ölkənizdə həbs olunmuş 100-dən çox siyasi məhbusu azadlığa buraxmağa çağırıram," - Senator Robert Menendez məktubunu belə tamamlayır.

Xatırladırıq ki, Azərbaycan rəsmiləri AzadliqRadiosunun Bakı bürosunun möhürlənməsi, əməkdaşlarının isə kütləvi istintaqına haqq qazandırırlar. Rəsmi Bakı bir qayda olaraq belə bəyanatları Azərbaycana qarayaxma kimi qiymətləndirir, baş verənlərin radionun jurnalistika fəaliyyətinə dəxli olmadığını deyir. Xədicə İsmayılın həbsinin də jurnalistin Azərbaycan məmurlarının gizli biznesilə haqda araşdırmalarına aid olmadığı iddia olunur.

Lakin Yeni Azərbaycan partiyasından və hakimiyyətə yaxın dairələrdən gələn bəyanatlarda AzadliqRadiosu məhz sonuncuda ittiham olunur. Belə fikirlərdən birini də Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə səsləndirib.

ASİM MOLLAZADƏ HAKİMİYYƏTİN MÜDAFİƏSİNƏ QALXIR

Yanvarın 9-da "Washington Post" qəzeti Azərbaycan parlamentinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin redaktora məktubunu dərc edib.

Məktub "Azərbaycana qarşı ideoloji kampaniya" adlanır. Müəllif qeyd edir ki, Jeffrey Gedminin yanvarın 1-də həmin qəzetdə dərc olunmuş məqaləsi regionun strateji reallıqlarını nəzərə almayıb və Azərbaycana qarşı ideoloji kampaniyanı əks etdirib. Deputatın fikrincə, bu kampaniya Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına zərbə vurur.

"Təəssüf ki, Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) obyektiv jurnalistika prinsiplərindən əl çəkib və Prezident İlham Əliyevin düşmənlərinin şəxsi ruporuna çevrilib. Bu şəxsi hücumlar AzadlıqRadiosunun nüfuzunu sarsıdıb. Bu radioda ölkəmə gərəkən obyektiv tənqidə də yer qalmayıb. Cənab Gedmin AzadlıqRadiosunun standartlarının pisləşdiyi bir dövrdə quruma rəhbərlik edib və üzərinə düşən məsuliyyəti də qəbul etməlidir," deyə cənab Mollazadə yazır.

"Hökumətimin tənqidçisi olaraq, eyni zamanda xoşbəxtəm ki, Rusiyanın yeni yaranan Avrasiya İqtisadi İttifaqına Ermənistanı və digərlərini birləşdirdiyi bir vaxtda Azərbaycan Birləşmiş Ştatların həqiqi tərəfdaşı olaraq qalır".

Yanvarın 1-də AzadlıqRadiosunun keçmiş prezidenti "Washington Post" qəzetində AzadlıqRadiosunun Bakı bürosuna təzyiqlər haqda yazıb. Gedmin ABŞ prezidenti Barak Obamanı büronun işinin bərpası və jurnalistlərə basqıların dayandırılması üçün qəti addımlar atmağa çağırıb.

XS
SM
MD
LG