Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:52

Azərbaycanda demokratiyanın vəziyyətini ağlaya-ağlaya izah etdi...


.

ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama

AZƏRBAYCAN PARLAMENTİNİN QƏZETİ ABŞ PREZİDENTİNİ TOPA TUTUR

“Azərbaycan” qəzeti Birləşmiş Ştatların prezidenti haqqında “Barak Obamanın ikiüzlülüyü” adlı məqalə dərc edib. Məqalədə deyilir ki, Barack Obama 2009-cu ildə “beynəlxalq diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə” Nobel mükafatına layiq görüldü:

“Bu, cənab Obamanın prezident seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki, ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq.

O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə bəyan etdikləri yüksək idealları təsdiqləyirlər”.

Qəzet daha sonra yazır ki, cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi. Qəzet Misirdəki, Ukraynadakı etirazlarda ABŞ izi axtarır.

Məqlaənin ikinci hissəsində Birləşmiş Ştatlarla Azərbaycan münaisbətlərinə toxunulur:

“... B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri “səhrada ilğım”ı xatırlatmağa başladı. Bir tərəfdən ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, İlham Əliyev hakimiyyəti ilə işləməyə davam edəcəklərini bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək istiqamətində heç bir addım atılmır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi, ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı.

Halbuki Snoudenin və “Wikileaks”ın ifşalarından sonra Konqresin Xarici Əlaqələr Komitəsinin haradan və necə təlimatlandırıldığı da mübahisə mövzuları sırasından çıxıb. Bütün bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyildir. Belə halda görünən odur ki, Obama Administrasiyası ardıcıl ifşalardan, özünə qarşı dünyada inamın, etibarın əsaslı şəkildə sarsınmasından sonra ayrı-ayrı dövlətlərlə münasibətlərini necə davam etdirəcəyini hələ də müəyyənləşdirə bilməyib”.

Miriam Lanskoy
Miriam Lanskoy

AZƏRBAYCANDAKI VƏZİYYƏTİ AĞLAYA-AĞLAYA İZAH ETDİ...

“Azadlıq” qəzeti yanvarın 12-də ABŞ-da keçirilən dinləmələrdən yazıb: "Demokratiyaya Milli Dəstək təşkilatının (NED) Fondun proqram direktoru Azərbaycandakı vəziyyətdən danışarkən ağlayıb: “Çox düşünürəm ki, niyə bu hadisələr baş verir? Azərbaycanda son 10 ildə hər şey pisləşməyə doğru gedib. 90-cı illərə baxsaq, Azərbaycan da Gürcüstan və Ermənistanla paralel gedirdi. Indi isə Özbəkistanla paralel gedir.

Azərbaycanın ən gözəl jurnalistləri, ən gözəl alimləri, ən gözəl aktivistləri həbsxanaya atılır. Intiqam Əliyev avqustda həbs olunanda demişdi ki, mən də yaxşı insanlar olan yerə gedirəm. Niyə yaxşı adamlar həbsə atılır? Günahsız insanlar əzilir?..

Bu yerdə Miriam Lanskoy göz yaşlarını saxlaya bilmədi...”

Azerbaijan. SOCAR's petrol station in Tbilisi
Azerbaijan. SOCAR's petrol station in Tbilisi

BENZİNİ BAHALANDIRAN ŞƏXSLƏRİN SİYAHISI

“Qafqazinfo” saytı yazır ki, “Ötən gecə Azərbaycanda növbəti dəfə yanacaq məhsullarının – dizel və benzinin qiyməti qaldırılıb. Təbii ki, bu qərardan əksər istehlakçılar narazı qalıb. Tarif (qiymət) Şurası son illərdə artıq bir neçə dəfə anoloji qərar qəbul edib. Yanacağın qiymətinin qalxması haqda qərarlar isə birmənalı olaraq gecə saatlarında qəbul edilir. Bəs, Azərbaycanda yeganə olaraq gecələr qərar qəbul edən bu qurumun üzvləri kimlərdir.

“Qafqazinfo” həmin qurumun üzvlərinin siyahısını təqdim edir.

Şuranın sədri:
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Şuranın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

XS
SM
MD
LG