Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:50

İlham Əliyev benzinin qiymətini aşağı saldı


İlham Əliyev
İlham Əliyev

-

Taarif şurası neft məhsullarının qiymətlirinə yenidən baxaraq, taariflərin tənzimlənməsi ilə bağlı qərar qəbul edib. Yeni qərara əsasən şuranın neft məhsullarının qaldırılması ilə bağlı yanvarın 12-də qəbul etdiyi qərarı ləğv olunub.

Bu qərar şuranın yanvarın 14-də prezident İlham Əliyevin tapşırığı ilə keçirilən iclasında qəbul olunub.

Bundan sonra neft məhsulları əvvəlki qiymətə satılacaq. Şuranın qərarında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Bundan əlavə maye qazın topdansatış qiyməti əvvəlki kimi 1 ton 300 manat müəyyənləşdirilib. Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir.

Yanvarın 12-də Taarif Şurası neft məhsullarının qiymətinin qaldırılması ilə bağlı qərar qəbul etmişdi.

XS
SM
MD
LG