Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

20 Yanvar - tarixi səslər, şahidlərin söylədiklər (İnfoqrafika)


.

Azərbaycanda 20 Yanvar faciəsinin 25-ci ildönümü anılır.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet hakimiyyəti Azərbaycanda Milli Azadlıq Hərəkatını boğmaq üçün Bakıya cəza dəstələri göndərdi. Sovet ordusu Bakıda və Azərbaycanın müxtəlif regionlarında yüzlərlə adamı qətlə yetirdi, minlərlə insan həbs edildi.

Bu gün səhər saat 8-dən etibarən Bakıda minlərlə adam 1990-cı il yanvarın 19-20-də həlak olanların xarirəsini anmaq üçün Şəhidlər Xiyabanına baş çəkir.

Mərasimdə dövlət başçısı İlham Əliyev və digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Milli Şura, Müsavat Partiyası və digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırıb.

25 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və “Zərbə” adlanırdı. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrupu oynayırdı.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də milli zəmində baş vermiş münaqişələr olmuşdu. Lakin qoşunlar gələnə kimi bu münaqişələr dayandırılmışdı. Bu əməliyyat nəticəsində 132 mülki nəfər öldürülüb, 612 nəfər yaralanıb.

Azərbaycan tarixində Qara Yanvar kimi düşmüş 20 Yanvar hadisələri barədə AzadlıqRadiosunun müxtəlif illərdə hazırladığı reportajlar, həmin gecə yazılan səslər, tarixi hadisələrin şahidlərinin dedikləri barədə bütün məlumatları ətraflı BURADA OXU:

XS
SM
MD
LG