Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:31

Ermənistanda ailənin qətliamında ittiham olunan əsgərin görüntüləri


Youtube-da yayılan videodan görüntü.
Youtube-da yayılan videodan görüntü.

Ermənistan televiziyası qətllərdə ittiham olunan Rusiya əsgərinin dindirilməsi videosunu yayıb. Yanvarın 22-də axşam saatlarında yayılan videoda Gümrüdə 7 nəfərlik ailənin qətlində ittiham olunan Valery Permyakov və yanında 2 üzü göstərilməyən şəxs görünür. Video-da səs eşidilmir, yalnız kadrların aşağısında mətnlə erməni dilində istintaqla bağlı suallar və əsgərin ona cavablar verdiyi yazılır. (Videonu BURADA İZLƏ)

Ermənistan rəsmiləri bununla iddia ediblər ki, əsgərin istintaqını erməni prokurorlar aparırlar.

Amma hələlik Rusiya tərəfdən əsgərin erməni istintaq orqanları tərəfindən dindirilməsinə dair bir xəbər verilmir. Bundan əvvəl Moskva dəfələrlə bəyan edib ki, Rusiya öz vətəndaşını istintaq üçün Ermənistana verməyəcək. Moskva onun törətdiyi cinayətə görə Rusiyada mühakimə olunacağını bildirir.
Ermənistanda isə qətlədə ittiham olunan əsgərin Yerevana verilməsini tələb edirlər. Bununla bağlı kütləvi etiraz aksiyaları da keçirilib.

Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının əsgəri olan Valery Permyakov yanvarın 12-də bu şəhərdə bir ailənin evinə girərək azyaşlı uşaqlar da daxil olmaqla 7 nəfərin hamısını öldürməkdə ittiham edilir. O, hasidə yerindən uzaqlaşsa da az sonra bu bazadakı əsgər yoldaşları tərəfindən tutulub.

Qətliamın motivləri haqqında hələlik rəsmi bir məlumat verilməyib.

XS
SM
MD
LG