Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Donbas müharibəsinin xronikası 24-25 yanvar

_

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

- Yanvarın 24-də Ukraynanın Mariupol şəhəri güclü "Qrad" atəşinə tutulub. Yaşayış massivinə düşən reaktiv mərmilərdın 100-dən artıq adam yaralanıb və həlak olub


- Atəşkəs təkliflərini rədd edən Donetsk separatçıları Mariupol şəhəri də daxil olmaqla bütün Donetsk vilayətini ələ keçirəcəklərini elan edirlər

- Xarici səfərini yarımçıq qoyub təcili Ukraynaya qayıdan prezident Petro Poroshenko bəyan edib ki, Ukrayna ordusu separatçların hücumlarına cavab verəcək.

- ATƏT müşahidəçiləri Mariupolun separatçıların mövqelərindən atəşə tutulduğunu bildirib. Separatçılar iddia edirlər ki, Qrad mərmilərini şəhərə Ukrayna ordusunun Berdyanskdakı batareyaları atıb.

- Donetsk vilayətinin separatçılarla Ukrayna ordusunun bütün cəbhə xətti boyunca ağır döyüşlərin getdiyi bildirlir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Mariupolda bombardman qurbanlarının xatirəsi anıldı

Mariupolda bombardman qurbanlarının xatirəsi yad edildi
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Rusiya Mariupolla Boengin vurulmasını müqayisə edir


Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Pushilin yazır ki, Mariupolun Qrad atəşi vəziyyəti gərginləşdirmək üçün həyata keçirilən təxribat ola bilər. O, ötən ilin iyulunda Ukrayna üzərində vurulan Malayziya təyyarəsinin də eyni məqsədlə həyata keçirildiyini istisna etmir. Ukrayna hər 2 hadisədə Moskvanın dəstəklədiyi separatçıları günahlandırı. Separatçılar isə Boenglə olduğu kimi, Mariupol hadisələrinə aidiyyatlarını inkar edirlər, deyirlər ki, onların mövqeləri həmin ərazini bombalamaq üçün çox uzaqda olub.İddia edirlər ki, Mariupolun yaşayış massivi Ukrayna ordusunun Qrad qurğularından atəşə tutulub. ATƏT müşahidəçiləri isə əksinə bəyan ediblər ki, yanvarın 24-də səhər Mariupol Novoazovsk yaxınlığından Qrad və Uraqan reaktiv artilleriyası ilə atəşə tutulub. Bu ərazilər ötən ilin avqust-sentyabrında separatçılar tərəfindən zəbt edilib.

Mariupola 2 istiqamətdən raket atılıb.

ATƏT müşahidəçilərinin gəldiyi nəticə belədir ki, Mariupol DNR separatçılarının nəzarətində olan ərazilərdəki 2 istiqamətdən Qrad və Uraqan reaktiv artilleriya qurğularından atəşə tutulub. Bildirlir ki, Qrad raketləri Mariupolun şərqindəki yayayış massivinə Mariupolun Olimpiyskaya küçəsindən 19 kilometr şimal-sərqdən, Uraqan raketləri isə təqribən 15 kilometr şərqdə, Zaiçenko tərəfdən atılıb. Hər 2 ərazi yaraqlı separatçıların nəzarətindədir.

Xatırladırıq ki, yanvarın 24-də atəşə tutulan yaşayış massivindən bir qədər aralı Ukrayna ordusunun blok-postu olub. Ukrayna tərəfi ehtimal edir ki, separatçılar həmin postu vurmaq istəyiblər, lakin ballistik hesabları düzgün olmayıb. Kiyev həmçinin bəyan etmişdi ki, Ukrayna ordusu Mariupola atəş açan 6 Qrad qurğusundan 4-ünü cavab atəşi ilə sıradan çıxarıb.

Davamı

XS
SM
MD
LG