Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:02

Azərbaycan yenə "Qeyri-azad" ölkə oldu


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası

.


AZƏRBAYCAN NİYƏ "QEYDİ-AZAD" OLUR?

ABŞ-da mənzillənən Freedom House hüquq-müdafiə təşkilatı illik hesabatını yayıb. Yanvarın 28-də yayılan hesabatda qurum ötən il dünya üzrə azadlıqların vəziyyətində "narahatedici" eniş olduğunu vurğulayır.

195 ölkəni əhatə edən hesabatda Azərbaycan son bir neçə ildə olduğu kimi, "Qeyri-azad" ölkələr sırasında qərarlaşıb. Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəalları və jurnalistlərin həbsə atıldığı qeyd olunur.

Qeyd edək ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri ötən illərdə Freedom House hüquq-müdafiə təşkilatının hesabatlarını qəbul etməyib, deyilənləri "qərəzli" adlandırıb.

Azərbaycandan savayı postsovet ölkələrindən Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da "Qeyri-azad" ölkələr qrupuna aid edilib. Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Qırğızıstan isə "Qismən azad" ölkələr kimi qiymətləndirilib.

ÖLKƏLƏR BU REYTİNQİNƏ GÖRƏ SIRALANIR

Hesabatda 195 dövlətdə və 15 ərazidə azadlığın vəziyyəti qiymətləndirilib. Hər bir dövlətə 2 parametr üzrə (siyasi hüquqlar və vətəndaş azadlıqları üzrə) 1 – 7 arası reytinq verilib. Hər hansı dövlətin ayrı-ayrılıqda siyasi hüquqlar və vətəndaş azadlıqları üzrə aldığı həmin 2 reytinqin orta rəqəmi həmin dövlətdə azadlığın göstəricisi sayılır. Bu göstəriciyə əsasən, dövlətlər "Azad", "Qismən azad" və "Qeyri-azad" qruplara bölünür.

195 ölkədən 89-u (46 faizi) "Azad", 55-i (28 faizi) "Qismən Azad", 51-i isə (26 faizi) "Qeyri-azad" ölkə kimi qiymətləndirilib.

İqitisadi cəhətdən güclü, yaxud regional miqyasda nüfuzu olan Azərbaycan, Misir, Kenya, Nigeriya, Rusiya, Tayland, Türkiyə və Venesuela kimi dövlətlər hüquq və azadlıqların müdafiəsi sahəsində geriləyiblər.

Sənəddə əsas vurğulanan bir də Suriyanın dünyanın ən "Qeyri-azad" ölkəsi olması, Rusiyanın Ukraynanı "işğalı"nın isə demokratiyaya pis zərbə vurmasıdır.

DEMOKRATİYA SON 25 İLDƏ BU QƏDƏR TƏHLÜKƏDƏ OLMAYIB

Hesabatda deyilir ki, terror hücumlarının artması və avtoritar rejimlərin istifadə etdiyi aqressiv taktika ötən il dünyanın demək olar bütün regionlarında "demokratik standartlara xor baxılmasını" gücləndirib.

Freedom House-un vitse-prezidenti Arch Puddington deyir ki, "Dünyada demokratik idarəçilik son 25 ildə bu qədər təhlükədə olmayıb.

Hesabata görə avtoritar rejimlərin daha aqressiv metodlara əl atması, habelə terror hücumlarının intensivləşməsi 2014-cü il ərzində dünyada azadlığın miqyasının narahatedici səviyyədə daralmasına gətirib çıxarıb. Freedom House qeyd edir ki, ardıcıl 9 ildir ki, insan azadlıqlarının səviyyəsində düşüş qeyd olunur.

XS
SM
MD
LG