Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:48

Ekspert: Almaniyanın Minsk qrupunda iştirakına Rusiya razı olmayacaq


Elxan Şahinoğlu
Elxan Şahinoğlu

.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna müshaibə verib. Siyasi ekspert müsahibəsində son zamanlar Azərbaycan Ermənistan sərhəddindəki gərginlik, Rusiyada baş verən proseslər və İlham Əliyevin Almaniya səfəri haqda danışıb.

Müsahibəni təqdim edirik:

- Dağlıq Qarabağ probleminin bugünkü durumu ilə bağlı nə deyə bilərsiniz və ümumi vəziyyəti nəzərə alsaq, xarici faktorların təsiri nə dərəcədə güclüdür?

- Azərbaycanın Ermənistanla sərhədində yerləşən Gədəbəy bölgəsində atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan ordusunun 3 əsgəri şəhid oldu. Gədəbəy Qarabağdan uzaqdadır. Bu o deməkdir ki, hərbi gərginlik yalnız Dağlıq Qarabağda deyil, iki ölkə arasında bütün sərhədboyu ərazini əhatə edir. Bu Azərbaycana əlavə problemlər yaradır. Çünki, Azərbaycan ordusu Qarabağ separatçılarının mövqelərini bu bölgədə zəiflətmək istəyərkən, Ermənistan ordusu başqa istiqamətlərdə hücum əməliyyatları həyata keçirməklə strateji müttəfiqi Rusiyanı bu prosesə cəlb etmək istəyir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov həlak olan hər azərbaycanlı əsgər və zabitinin əvəzinə qarşı tərəfə onqat ikti verəcəyini açıqlamışdı. Bu hesabla 2015-ci ildə atəşkəsin pozulması halları intensivləşəcək. Bir tərəf qarşı tərəfə zərbə vuracaq, digər tərəf cəbhə bölgəsində balans pozulmasın deyə əks-hücumla itkilərin sayını bərabərləşdirməyə çalışacaq. Yalnız Bakıda iyun ayında keçiriləcək Avropa Olimpiya Oyunları zaman toqquşmalara ara veriləcək, atəşkəsə riayət ediləcək. Ermənistan da həmin günlərdə atəşkəsi pozmaqda maraqlı olmayacaq, çünki, həmin günlərdə idmançıları Bakıda yarışlarda iştirak edəcəklər.​

- Rusiyanın hazırda heç də ən yaxşı dönəmini yaşamadığını bilirik. Bu halda, Azərbaycan-Ermənistan arasında ikitərəfli danışıqlar mümkündürmü?

- Rusiya Krımı işğal etdiyinə və Ukraynada separatçılarına dəstək verdiyinə görə Qərblə münasibətlərini gərginləşdirib. Rusiya enerjisini bu istiqamətdə xərcləməyə məcburdur. Rusiyanın iqtisadiyyatı çökür. Belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə danışıqlar prosesi Moskvanı maraqlandırmır. Halbuki, Dmitry Medvedev Rusiya prezidenti olduğu illərdə Azərbaycan və Ermənistan dövlət başçılarını 10 dəfə bir araya gətirmişdi. Bu görüşlər nəticəsiz qalsa da, hər halda Moskva fəal idi. Ümumiyyətlə 2015-ci ildə danışıqlardan real nəticə gözləmək əbəsdir. Rəsmi Bakının əsas strategiyası Ermənistanı silah yarışına məcbur etmək, hərbiyə daha çox pul xərcləmək yoluyla qonşu ölkəni daha da gücsüzləşdirmək, Qarabağ istiqamətində gərginliyi saxlamaqdır ki, qarşı tərəf üçün status-kvonun mürəkkəbliyi aydınlaşsın.

- Almaniyanın münaqişənin həllində rolu arta bilərmi?

- Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Berlində Almaniyanın kansleri Angella Merkellə görüşü zamanı Qarabağla bağlı səslənən fikirlər hələ də müzakirə olunur. Almaniyanın kansleri Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışarkən atəşkəsin tez-tez pozulmasına görə Rusiya və Ermənistan məsuliyyət daşıdığını vurğuladı. İlk dəfə idi ki, Qərb dövlətlərindən birinin lideri Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən neqativ şəkildə Rusiyanın və Ermənistanın adını halllandırdı. Əslində 1990-cı illərin ortalarında rəsmi Bakı Minsk Qrupunda üçüncü həmsədrin Fransa deyil, Almaniyanın olmasını istəyirdi. Çünki, Fransadan fərqli olaraq Almaniyada erməni lobbisi yoxdur və Berlin Parisdən fərqli olaraq ərazi bütövlüyü məsələsinə daha həssasdır. Ona görə də Merkelin Almaniyanın münaqişənin

Fransa həmsədrlikdən geri addım atmaz, çünki bununla Paris Cənubi Qafqazdakı mövqelərini zəiflətmiş olar. Almaniyanın dördüncü həmsədr olmasına isə Rusiya razılıq verməyəcək.

həllində fəallaşmaq istəyini Bakı məmnuniyyətlə qəbul etdi. Sadəcə, bunun reallaşacağı problemlidir. Almaniyanın danışıqlar prosesinə qoşulması üçün bu ölkə ya gərək digər Avropa dövləti olan Fransanı əvəz etsin, ya da dördüncü dövlət kimi həmsədrlərə qoşulsun. Nə birincinin, nə də ikincinin reallaşacağı çətindir.

Fransa həmsədrlikdən geri addım atmaz, çünki bununla Paris Cənubi Qafqazdakı mövqelərini zəiflətmiş olar. Almaniyanın dördüncü həmsədr olmasına isə Rusiya razılıq verməyəcək. Krmın işğalına və Ukraynadakı separatçıları dəstəyinə görə Almaniya ilə Rusiya arasında münasibətlər gərginləşib. Belə bir ərəfədə Rusiya Almaniyanın və ya Avropa Komissiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinə qoşulmasına mane olmağa çalışacaq.

XS
SM
MD
LG