Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

Vəkil: 'Lamiyəni zorlayanın yanında silahlı şəxslər də olub'


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

-

Təxminən 12 il əvvəl qətldə günahlandırılaraq həbs olunan və bu yaxınlarda həbsxanada ana olan Lamiyə Quliyevanın məsələsi Milli Məclisin müzakirəsinə çıxarılıb.

Parlamentin fevralın 2-də keçirilən iclasında çıxış edən ddeputatlar Lamiyə Quliyevanın həbsində də qaranlıq məqamların oluduğuna diqqət çəkiblər.

Lamiyə Quliyeva: film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva- film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, o zaman 16 yaşı olan Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib.

Cəza müddəti bitənə yaxın Lamiyə Quliyeva «nəzarətçi ilə kobud davranış» ittihamı ilə yenidən 5 il 6 ay azadlıqdan məhrum olunub. O, Penitensiar Xidmətin 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılırdı.

Hazırda 28 yaşı olan Lamiyə Quliyeva burada nikahdan kənar ana olub. Qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir.

Mediada səslənən məlumatlara görə o, öz istəyi ilə həbsxanada bir məhbusla yaxınlıq edərək ana olduğunu bildirib.

Amma buna qədər onun başına gələnlər gənc qadının yenə də kimlərinsə təzyiqi ilə bu sözləri dediyinə dair şübhələr yaradıb.

Deputat Zahid Oruc bildirib ki, bu məsələyəylə bağlı hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır:

«Əks təqdirdə, Penitensiar Xidmətin fəaliyyəti ciddi kölgə altına düşür. Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir”.

AzadlıqRadiosu Lamiyə Quliyeva məsələsinə daha da aydınlıq gətirmək üçün onunla eyni cinayətdə günahlandırılan Vüqar Əliyevin vəkili Adəm Məmmədovdan müsahibə alıb.

Həmin müsahibəni burada dinlə:

Gözlə

No media source currently available

0:00 0:06:14 0:00
Direct-ə keçid

- Adəm müəllim, bir qadın həbsxanada necə ana ola bilər. Yəni bu, qanunla necə tənzimlənir?

- Onun ana olması üçün, mütləq qeydiyyat şöbəsində kiminləsə nigaha daxil olmalıdır. Əgər, nikaha daxil olmayıbsa, ailə münasibətlərinin olması qanunsuzdur. Bu işlə tanış olanda görürüsən ki, necə olmasından asılı olmayaraq, bu xanıma qarşı qisasçılıq baş verib.

Təsəvvür edin ki, cəzasını çəkib qurtarmasına az qalmış təkrar şərləyib həbsdə saxlayıblar. Bu, birmənalı şəkildə qisasdır. Ona və nişanlısı Vüqar Əliyevə ən yüksək, ədalətsiz cəzanın verilməsi buna sübutdur. Bundan başqa Vüqar Əliyevin atanısı, anasını, xalasını, qardaşının həyat yoldaşını və digər yaxınlarını həbs və məhkum etdiriblər. Mən bu cür qisas görməmişəm. Bu, quldarlıq dövrünün qisas metodudur. Heç, 1937-ci ildə də bu cür repressiya olmayıb.

- Qisas deyəndə nəyi nəzərdə tutursuz? Kim və nəyin qisasını alırmış?

- Hər iki şəxs Şəmkir rayonunun o vaxtkı icra başçısı Aslan Aslanovun oğlu Ruslanın ölümündə günahlandırılırlar. Atadı, başa düşürəm. Ancaq, cəza da, qanunun tətbiqi də ədalətli olmalıdır. Özü də yaxşı bilir ki, oğlunun ölümünün əsas motivi gizlədilib. İstintaq da, məhkəmə də buna göz yummuşdu. Əgər həqiqətlər üzə çıxsa idi Aslan Aslanov çox ciddi problemlərlə üzləşərdi.

O öz işini, nüfuzunu qorumaq üçün bu yolu seçdi. İşin motivini dəyişdirtdirib ki, guya torpaq məsələsi olub və oğlunu sifarişlə öldürüblər.

- Əslində necə olmuşdu?

- Əslində bu işdən xəbərdar olanlar, bütün Şəmkir camaatı bilir ki, hadisə namus üstə baş verib. Məhkəmədə ifadələrini veriblər. İbtidai istintaqda isə Lamiyəyə təzyiq olunub.

Əslində keçmiş icra başçısının öldürülən oğlu məktəbdə Lamiyəni zorlayıbmış. Həmin vaxt onun yanında silahlı şəxslər də olub. Yəni, həmin şəxslərin yardımıyla zorlayıb Lamiyəni.

Sonradan bu hadisənin üstü açılıb və Vüqarla Lamiyənin nişanı pozulub. Bütün bunlar şahid ifadələrində öz əksini tapıb. Bundan sonra Lamiyədə aqressiya yaranıb və bu hadisə törənib (cinayət işinin materiallarına görə Lamiyə icra başçısının oğlu Ruslanı onu zorladığı üçün öldürüb - red.)

Düzdür, o qız zorlanıb ancaq, bütün hallarda adam öldürən cəzasını almalıdır. Burada sadəcə, hadisənin motivi dəyişib. Bundan sonra səlahiyyətdən sui-istifadə edib, özündən və yaxın qohumlarından qisas almaq düzgün deyildi.

- Deputatlar da fikir səsləndirib ki, bu işdə cinayətkarlar cəzalanmalıdr...

- Əlbəttə cəzalanmalıdır. Bu işdə müstəntiq də, hakim də, kimin əli varsa hamısı məsuliyyət daşıyır. Gec-tez onlar cəzalanacaqlar da.

- Lamiyə Quliyevanın qeyri-qanuni ana olmasına görə kimlər məsuliyyət daşıyır?

- Birbaşa Penitensiar Xidmətin əməkdaşları, nəzarətçilər. Həbsxana otel, yaxud yaşayış evi deyil ki, orada bu cür hadislər baş versin.

Bu günlərdə Penitensiar Xidmət bu məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, Lamiyə Quliyeva həbsxanada öz istəyi ilə ana olub. Məlumatda həm də bildirilirdi ki, baş verən hadisə araşdırılacaq. Araşdırmanın nəticəsi ilə bağlı hələlik açıqlama verilməyib.

Xidmətdən həm də onu bildirmişdilər ki, Lamiyə Quliyevanın həbsinin uzadılması konkret cinayət hadisəsi ilə bağlı olub.

AzadlıqRadiosundan: Yuxarıda səslənənlər cəmiyyətdə olduqca böyük səs-küyə səbəb olmurş və bir-birinə qarışmış cinayət işi ilə bağlı tərəflərdən birinin vəkilinin iddialarıdır. Onun müsahibədə adını hallandırdığı digər tərəflərin də fikirlərini səslədnirməyə hazırıq.

XS
SM
MD
LG