Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

Xədicə İsmayılın həbs müddəti dəyişdirilmədi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbs müddəti dəyişdirilmədən qalıb.

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarının dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Xədicə İsmayılın vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, onlar zərərçəkən kimi tanınan Tural Mustafayevin də prosesdə iştirak etməsini istəyiblər:

«Tural Mustafayev sosial şəbəkələrdə şikayətini geri götürmək istəməsi ilə bağlı xəbər paylaşmışdı, kömək istəyirdi. Biz onun hazırda sağ olub-olmadığını, harada saxlandığını bilmirik. Buna görə onun prosesdə iştirakını vacib sayırıq. Təqsirləndirilən şəxs barədə həbs-qətimkan tədbiri seçilərkən, ya həbsdə saxlama müddəti artırılarkən zərərçəkən şəxsin də fikri soruşulur».

Fariz Namazlı deyir ki, məhkəmə bu vəsatəti təmin etməyib:

«Biz Apellyasiya Məhkəməsində bildirdik ki, Xədicə İsmayıl heç vaxt istintaqdan yayınmayıb, zərərçəkənlə də heç bir əlaqəsi yoxdur. Yəni azadlıqda olsa, ona hər hansı qanunsuz təsir etmək imkanı yoxdur».

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünüöldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır. AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Fevralın 5-də Xədicə İsmayılın həbs müddəti başa çatmalı idi. Yanvarın 27-də Səbail rayon Məhkəməsi həbsi daha 2 ay uzadıb.

XS
SM
MD
LG