Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:27

Lamiyə Quliyevanın həbsxanada ana olması ilə bağlı ziddiyyətlər


Lamiyə Quliyevə ANS TV-yə müsahibə verərkən
Lamiyə Quliyevə ANS TV-yə müsahibə verərkən

-

«Lamiyə Quliyevanın həbsxanada ana olması məsələsi Ombudsman aparatında araşdırılır. Qanunla həbsxanada kişi və qadın məhbusların bir-biri ilə görüşməsi, canlı təmasda olması heç bir halda mümkün deyil».

Bu haqda AzadlıqRadiosuna Ombudsman Aparatından həbsxanada ana olan Lamiyə Quliyevanın müsahibəsinə münasibət bildirərkən deyiblər.

LAMİYƏ QULİYEVA KAMERALARIN BİRİNDƏ GÖRÜŞDÜYÜNÜ DEYİR...

ANS televiziyası fevralın 15-də yaymladığı verilişdə həbsxanda necə ana olması ilə bağlı Lamiyə Quliyevanın müsahsibəsini yayımlayıb.

Lamiyə Quliyeva müsahibəsində bildirib ki, uşağın atasının bir vaxtlar məhbus olmuş Elnur Rəsulov olmasını DNT analizləri də sübut edib. O bildirib ki, o zamanlar dustaq olan Elnur Rəsulovla Kürdəxanı təcridxanasında tanış olub. Bir müddət sonra isə ana olmaq məqsədi ilə onunla kameraların birində görüşüb. Lamiyə Quliyeva deyir ki, bu görüşdən sonra hamilə olub və bir müddət sonra uşaq dünyaya gətirib.

OMBUDSMAN APARATI CANLI GÖRÜŞÜN OLMADIĞINI DEYİR

Elnur Rəsulov isə Ombudsman Aparatının əməkdaşına verdiyi izahatda canlı təmasın olmasını inkar edib. Aparatın Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov apa-ya bunları bildirib:

Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov müsahibəsində canlı təmasın olmadığını bir daha deyib...

«Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulov müsahibəsində canlı təmasın olmadığını bir daha deyib. Biz Elnur Rəsulovla görüşən zaman da o bildirmişdi ki, spermanı Lamiyə Quliyevaya müalicə məqsədilə verib. Lamiyə Quliyeva bizimlə görüşən zaman hər hansı bir zorakılığa məruz qalmadığını demişdi. O, bizə yazdığı izahatda canlı təmas barədə bir söz deməyib. Yalnız onu bildirmişdi ki, hər hansı zorakılığa məruz qalmayıb».

Lamiyə Quliyeva isə öz müsahibəsində Elnur Rəsulovun onların görüşünə şərait yaradan şəxsi pis vəziyyətdə qoymamaq üçün həqiqəti gizlətdiyini bildirib.

Bir müddət öncə Lamiyə Quliyeva saxlandığı 4 saylı CÇM-də nikahdan kənar ana olmuşdu. Lakin, qanunvericiliyə görə, həbsxanada nikahdanklənar ana olmaq qadağan olunur. O vaxt körpənin atasının kimliyi ilə bağlı mətbuatda müxtəlif fikirlər səsləndirilmişdi. Bundan sonra körpənin atası olduğu ehtimal olunan şəxsdən DNT nümunələri götürülmüşdü. Bir müddət sonta testin nəticələrinin bəlli olduğu elan olunsa da atanın kimliyi haqda məlumat verilməmişdi.

Bu ərəfədə körpənin atasının bir vaxtlar məhbus olmuş Elnur Rəsulovun olduğu haqda mətbuatda məlumatlar yayıldı. Məlumatlarda bildirilirdi ki, uşaq canlı təmas yox, süni mayalanma vasitəsi ilə dünyaya gəlib.

İndiyə kimi yerli mediada Lamiyə Quliyevanın həbsxanada zorlanması iddiası ilə bağlı çoxsaylı ehtimallar səslənib.

PENİTENSİAR XİDMƏT "LAMİYƏ HƏBSDƏ OLAN BİR ŞƏXSLƏ GÖRÜŞÜB"

Penitensiar Xidmət isə o vaxt öz istəyi ilə ana olması ilə bağlı Lamiyə Quliyevanın adından məlumat yaymışdı. Məlumatında deyilirdi ki, Lamiyə Quliyeva həbsdə olan bir şəxslə görüşüb

Penitensiar Xidmət isə o vaxt öz istəyi ilə ana olması ilə bağlı Lamiyə Quliyevanın adından məlumat yaymışdı. Məlumatında deyilirdi ki, Lamiyə Quliyeva həbsdə olan bir şəxslə görüşüb.

Elnur Rəsulovun Ombudsman Aparatına yazdığı izahatdan isə görünür ki, görüş faktı inkar olunur və uşağın süni mayalanma ilə dünyaya gəldiyi bildirilir.

Ortada olan budur ki, Lamiyə Quliyeva canlı təmas vasitəsi ilə ana olduğunu, uşağın atası Elnur Rəsulov isə bunun süni mayalanma ilə baş tutduğunu iddia edir.

Penitensiar xidmət AzadlıqRadiosunun sorğusuna cavab olaraq bunları bildirib:

"Məhkum Lamiyə Quliyevanın həbsdə övlad dünyaya gətirməsi ilə bağlı dəfələrlə rəsmi açıqlamalar olmub. Bu açıqlamalarda bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hətta araşdırma dövründə də müvafiq açıqlamalar verilmişdir. Hal-hazırda prokurorluq orqanları tərəfindən araşdırma davam edir".

XS
SM
MD
LG