Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:44

Günel Mövlud. Zorlanmadan da betər


Günel Mövlud
Günel Mövlud

-

Amma Azərbaycan, Türkiyə kimi patriarxal, əhalisinin böyük hissəsi müsəlman olan ölklərdə ən dəhşətlisi zorlanmadırmı? Yox, əsla yox! Ən dəhşətlisi zorlanmadan sonra başlayır...

Günel Mövlud

ZORLANMADAN DA BETƏR...

Mövzunun niyə gündəmdə olduğu məlumdur. Buna görə də, giriş verməyə ehtiyac görmürəm.

Psixiatrlar iddia edir ki, zorlanma aktından heç kim həzz almır və zorlama həzz üçün edilmir. Zorlamanın səbəbi özgüvəni yerində olmayan, alçalmış, təhqir edilmiş insanın kiməsə öz üstünlüyünü, gücünü göstərmə, isbat etmə aktıdır.

Indi gəlin, hansı cəmiyyətdə yaşadığımıza baxaq. Hər gün oxuduğumuz, eşitdiyimiz qətl hadisələri adətən nəyə görə baş verir?

Hadisələr araşdırılanda məlum olur ki, ən sadə, qısaca, yüngülvari üzr istəməklə həll ediləcək səbəblərmiş. Birinin iti birinə hürür, adam it sahibini bıçaqlayır. Biri toyda zaldan çıxanda kiməsə çiyni ilə toxunur, toxunduğu adam tez onu bıçaqlayır. Biri restoranda rəqs edəndə arxasını görmədiyindən, kürəyini kiminsə xanımına toxundurur, xanımın əri qayıdıb tez onu bıçaqlayır. Səbələrə baxın, bir insanın qarnını yardıran, başını kəsdirən səbəblər bu qədər cılız, gülməli ola bilərmi? Belə sadə şeylər, üzr istəməklə həll edilə biləcək hadisələr qətlə aparıb çıxara bilərmi?

Bir ölkədə insanlar hər gün iş yerində, bankda, borclu olduğu adamın yanında təhqir olunursa, bəli. Müdirindən, rəisindən, komandirindən təhqir eşidən, hər gün danlanan, alçalan insanlar özlərinə bərabər insanlara ən sadə şeyləri, ən xırda səhvi bağışlamazlar. Bağışlaya bilməzlər.

İndi isə təsəvvür edin ki, alçalan qürurunu, tapdanan heysiyyətini həmcinslərini qətlə yetirməklə, döyməklə xilas etmək istəyənlərə, fiziki cəhətdən özündən dəfələrlə zəif varlığın üstündə öz gücünü, hökmranlığını göstərmək üçün qadın göydəndüşmə deyilmi?

Bu qadının arvadı, bacısı, sevgilisi, tələbə yoldaşı ya da yoldan keçən yad qız olmasından asılı olaraq, kişinin qadın üzərində öz gücünü, hökmranlığını gpstərməsi üsulları dəyişir. Arvadına işləməyi qadağan edir, bacısına oğlanla görüşməyi yasaqlayır, görüşdüyü qadınla macəralarını başqalarına danışmaqla qürrələnir, yad qızı isə fürsət tapanda zorlayır...

Amma Azərbaycan, Türkiyə kimi patriarxal, əhalisinin böyük hissəsi müsəlman olan ölklərdə ən dəhşətlisi zorlanmadırmı? Yox, əsla yox! Ən dəhşətlisi zorlanmadan sonra başlayır. Zorlanmış qadının həyatı elə bir cəhənnəmə çevrilir ki, zorlanma onun yanında yalan olur. Təsəvvür edin ki, Avropada, Qərbdə bir qızı zorlayırlar. Qanun o dəqiqə işə düşür. Onu zorlayan cəza alır. Karyerası bitir, keçmişi ləkələnir. Qızı isə ailəsi min bir qayğı ilə əhatə edir. Dostları başına yığışır. Psixiatr yanına aparırlar, hədiyyələr alırlar, üzünü güldürməyə çalışırlar. Qız normal şərtlər altında gördüyü qayğının, sevginin on qatını, yüz qatını görür.

Bəs bizimki kimi ölkələrdə necə olur? Qız zorlanan kimi ailə ən yaxşı halda onu evə qapadır. Qızın bütün ailəsi ləkələnmiş sayılır. Qonşular, qohumlar dedi-qoduya başlayır. Bəziləri hətta qızın zorlanmasına haqq qazandırır: gec gəlirdi, qısa geyinirdi, oğlanlarla mazaqlaşırdı...Qız hamı tərəfindən silinir.

Bəs bizimki kimi ölkələrdə necə olur? Qız zorlanan kimi ailə ən yaxşı halda onu evə qapadır. Qızın bütün ailəsi ləkələnmiş sayılır. Qonşular, qohumlar dedi-qoduya başlayır. Bəziləri hətta qızın zorlanmasına haqq qazandırır: gec gəlirdi, qısa geyinirdi, oğlanlarla mazaqlaşırdı...Qız hamı tərəfindən silinir. Onu alan olmur. Heç kim “ləkəli” qızla evlənmək istəmir. Rəfiqələrinin ailələri qızlarının belə biri ilə ünsiyyət qurmağını istəmir, onun yanına qızlarını buraxmırlar. Evdə daima qaşqabaq görür. Ata, ana, qardaş,qohumlar hər gün onu danlayır, təhqir edirlər. Hamı onu ailənin, nəslin adını ləkələməkdə ittiham edir, qızın həyatını cəhənnəmə çevirirlər.

Qonşudakı, ərtafdakı oğlanlar, kişilər hər addımda, hər fürsətdə iyrənc eyham vuracaqlar, seks təklif edəcəklər, “onsuz da daha bakirə deyilsən” kimi əclaf bir arqument gətirib, düşünəcəklər ki, bu qız daha hamıyla yatmalıdı. Belə həyatın sonu ya intihardır, ya da yaşlı bir kişiyə ərə gedib, ömür boyu onun qulu olmaq. Hələ üstəlik, o kişi də “ləkəli” qızı aldığına görə ömür boyu minnət qoyacaq.

Bizim kimi ölkələrdə zorlanmış qızın aqibəti belədir.

Normal cəmiyyətlərdə bunun adı əxlaqsızlıq, ədalətsizlik, cinayətdir.

Sizsə buna mentalitet deyirsiniz...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG