Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:46
Milli Şuranın 15 mart mitinqi
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Milli Şuranın 15 mart mitinqi

Milli Şuranın 15 mart mitinqi (video)

Müxalifət partiyalarının Milli Şurası martın 15-də Bakıda etiraz aksiyası keçirir.

"Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirmək üçün çağlırlır.

AzadlıqRadiosu 15 mart mitinqini izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

111
173
16:34 15.3.2015

“Dava manat davası deyil, bu, insanlıq, haqq davasıdır”

Gözəl Bayramlı çıxış edir
Gözəl Bayramlı çıxış edir

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mitinqdə çıxışı zamanı belə deyib. Bildirib ki, manatın dəyərdən düşməsi, bahalaşma təbiət hadisəsi deyil:

“Bu, İlham Əliyev hakimiyyətinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətdir. Uzun illər boyu neftin pulunu talayıblar. Nəticədə ölkə neftdən tam asılı vəziyyətə salınıb. İndi gühahkar hakimiyyət çıxsın xalqa hesabat versin”.

Fuad Qəhrəmanlı hakimiyyət üçün nə qanunun, nə də əxlaqın olduğunu vurğulayıb.

AXCP sədr müavini onu da qeyd edib ki, xilası Qərbdən deyil, xalqın iradəsindən gözləyirlər.

16:31 15.3.2015

Mitinq «quş uçuşu» məsafəsindən

Diqqət! Postun qarşısındakı zaman göstəricisi onun çəkilmə anını deyil, bloqda dərc olunma məqamına aiddir
Diqqət! Postun qarşısındakı zaman göstəricisi onun çəkilmə anını deyil, bloqda dərc olunma məqamına aiddir

16:26 15.3.2015

"İnsanların mübarizə ruhunu oğurlamaq olmaz"

“Hakimiyyət xalqın bütün sərvətini oğurlasa da, insanların mübarizə ruhunu oğurlaya bilməz. İnsanlar manata görə yox, əzilən mənəviyyatına, onunla hesablaşılmadığına görə meydana çıxıb.”

Milli Şura üzvü Hacı Rövşən Əhmədov çıxışında belə deyib.

O, manatın bir gündə 33 faiz ucuzlaşması ilə xalqın güzəranının daha da pisləşdiyini vurğulayıb. Rövşən Hacıyev çıxışında deputat Hadı Rəcəblinin müəllimləri "işdən sonra fəhləliyə çağırmaqla təhqir etdiyini" deyib.

16:20 15.3.2015

"Hətta Almaniya kimi ölkə də olimpiadadan imtina edib"

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli diqqəti daha çox ona çəkib ki, manatın devalvasiyası məhz ölkə başçısının manatla bağlı vədindən sayılı günlər sonraya təsadüf edib.

Əli Kərimli deyib ki, indiki şəraitdə hətta Almaniya kimi ölkə xərclərin çoxluğundan Olimpiadanın öz ölkəsində keçirilməsindən imtina edib. Amma ölkəsində yüzlərlə evsiz, ac vətəndaşı olan Azərbaycan nəinki Olimpiadanı. hətta idmançıların da bütün xərclərini öz üzərinə götürüb.

AXCP sədrinin müavini Gözəl Bayramlı da çıxışında daha çox Azərbaycan büdcəsinin neftdən asılılığından, qeyri-neft sektorunun inkişaf etməməsindən danışıb. O qeyd edib ki, bütün bunlara görədir ki, neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatının çökməsinə gətirib çıxarır.

Milli Şuranın mitinqininin keçirildiyi stadionuna polis nəzarət edir. hələ ki etirazçılarla polis arasında heç bir insident yaranmayıb.

Davamı

XS
SM
MD
LG