Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:04

İntiqam Əliyevin məhkəməsi davam edib


İntiqam Əliyev
İntiqam Əliyev

-

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsində müdafiə tərəfi hakim Rasim Sadıqovun sədrliyinə etiraz edib. Digər hakimlər isə bu etirazı əsassız sayıblar.

Prosesdə zərərçəkən şəxs qismində tanınan Əfsanə Orucovanın dindirilməsi davam edib.

İntiqam Əliyevin vəkilləri bir neçə vəsatət qaldırıblar. Onlar istintaqın götürdüyü sənədləri, İntiqam Əliyevə məxsus kompüterin qaytarılmasını istəyiblər.

Məhkəmədən ətraflı reportaj yaxın saatlarda AzadlıqRadiosunun saytına yerləşdiriləcək.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG