Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:55

«Wizz Air» Azərbaycana niyə uça bilmir?


Arxiv fotosu
Arxiv fotosu

-

«​Aviaşirkətdən zəng etdilər. Dedilər ki, uçuşları ləğv edirik. Qarşığılında 3 yol təklif etdilər: pulu geri ödəmək, uşuş vaxtını sonrakı aya dəyişmək və ya şirkətdə hesab açıb, qalan pulla başqa zaman bilet almaq. Biz pulu geri almağı seçdik»​.

Fuad Cəfərli «Wizz Air»​ şirkətindən bilet alıb.

Novruz bayramı ərəfəsində Avropaya səyahət edəcəkdi. Bir neçə gün əvvəlsə uçuşun ləğvi ilə bağlı gələn zəng onu məyus edib. Fuad Cəfəli bildirir ki, martın 29-da Budapeştdən Bakıya dönüş bileti vardı. Biletin ləğvi ilə səyahət planları da alt-üst olub:

«Bizə deyirlər ki, 29-na olan biletləri aprelin 12-nə dəyişək. Bu mümkün deyil. Vizamız bir həftəlikdir, həmin biletlərin tarixlərinə görə almışdıq. İndi biletlər də geri qayıtdığından viza da yararsızdır».​

Fuad Cəfərli deyir ki, şirkət bu ləğvin səbəbini izah etməyib.

AERAPORTLAR ARASINDA QİYMƏT SÖHBƏTİ

Martın 29-dan Bakı –Budapeşt, Budapeşt- Bakı istiqamətində uçuşlara başlayan «​Wizz Air» aviaşirkəti bir neçə gündür müştərilərinə zəng edərək və ya elektron poçtla uçuşların ləğv edildiyi xəbərini verir.

Şirkətinin nümayəndəsi Daniel de Carvalho AzadliqRadiosuna martın 29-na nəzərdə tutulan Budapeşt-Bakı reysinin ləğv olunmasını təsdiqləyir:

«​Baki aeroportu tərəflər arasında vaxtilə əldə olunmuş kommersiya sazişində nəzərdə tutulan aeroport xidmətləri üzrə qiymətləri qəbul etməkdən imtina edib»​ – deyə «​Wizz Air»​in nümayəndəsi bu qərarın səbəbini izah edib.

Aviaşirkətin qaynar xəttindən bildirdilər ki, Bakıdan Budapeştə ilk uçuş mayın 6-da olacaq.

Bakı Hava Limanı
Bakı Hava Limanı

Bakıda iş saatı tamam olduğundan Hava limanından məsələyə rəsmi münasibət almaq mümkün olmadı.

TURİZM ŞİRKƏTLƏRİ ZİYANDA

Şirkət təkcə mart deyil, aprelə olan uçuşları da ləğv edib.

Bundan alıcılarla yanaşı, turizm şirkətləri də zərər çəkib. «​TurizmAz»​ şirkətinin tur meneceri Aytən Bayramova deyir ki, aprel ayına olan bütün biletlər ləğv edilib.

Menecerin sözlərinə görə, şirkət bunu kommersiya prolemləri ilə izah edib. Aytən Bayramova deyir ki, baş verənləri müştərilər müxtəlif qarşılayır:

«​Viza alan, otel ödəyən şəxslər var. Viza tarixini dəyişmək üçün yenidən sənəd toplamalı, vaxt almalıdırlar. 100 manata görə insanlar bunu etmir, səfərlərdən imtina edir. Bəzi müştərilər deyir ki, problemi hər necə olsun həll etməliyik.

Durum turizm şirkətlərinə də sərf etmir. Onlar müştərilərini itirir. Həm də, əvvəlcən 1-2 ayın tur paketlərini satan şirkətlər üçün maliyə itkisidir. Paket geri qayıdır. Bu o deməkdir ki, şirkət iki atı havayı, boşu boşuna işləyib».

«MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQU»​

Eyyub Hüseynov
Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aviaşirkətinin bu addımını istehlakçıların hüquqlarının pozulması olduğunu deyir. Eyyub Hüseynov bildirir ki, əvvəlcədən oteldə öncədən şifariş verib pulunu ödəyən, Budapeştdən başqa yerlərə bilet alan şəxslər var. Onlara da maddi ziyan dəydiyini deyir:

«​Aviaşirkət bilet pulundan əlavə, dəyən zərəri kompensasiya etməlidir. Bunun üçün alıcıların məhkəməyə müraciət etmək hüquq var. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Köklü səbəbi ölkədə istehlakçı hüquqlarının kifayət qədər qorunmamasıdır».

2014-cü il oktyabrın 26-da iki ölkənin – Macarıstan və Azərbaycanın Mülki Aviasiya administrasiyaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun müddəti başa çatıb.

Oktyabrdan bəri uçuşu dayandırılan Macarıstanın «​WizzAir»​ aviaşirkəti Bakı-Budapeşt, bu il Budapeşt-Bakı istiqamətində ucuz qiymətə uçuşları bərpa etmişdi. Uçuşlar martın 29-dan başlayırdı. Bilet qitmətləri 49-53 avro arasında dəyişirdi.

Müqaisə üçün deyək ki, 29 mart tarixində digər hava yolları ilə Budapeştdən Bakıya uçuşun qiyməti 380 avro ilə 3000 avro arasında dəyişir.

XS
SM
MD
LG