Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:48

Həcc ziyarəti üçün ödənişlər dollarla aparılacaq


Məkkə
Məkkə

-

Azərbaycanda bu il Həcc ziyarəti üçün ödənişlər ABŞ dollarının kursuna uyğun aparılacaq.

Qafqaz Müsəlmanları İdarəsindən apa-ya verilən məlumatda belə deyilir.

İdarə bunu manatın məzənnəsində baş verən dəyişikliklə izah edib. «Manatla ödənişlər həmin günün kursuna uyğun olaraq dollar hesabı ilə götürüləcək», deyə QMİ-dən bildirilib.

Zəvvarlara iki qiymət təklif olunacaq. Daha yaxşı hoteldə qalmaq, daha çeşidli yemək menyusu, o cümlədən 4 nəfərlik otaqda yerləşmə 5 min 750 dollara başa gələcək. Nisbətən ucuz hotellərdə, 6 nəfərlik otaqlarda qalmaq üçünsə təxminən 1000 dollar az - 4700 dollar ödənməlidir.

Həcc ziyarəti üçün sənəd qəbulu yalnız QMİ-də aparılır.

Yaxın Şərqdə baş verənlərə görə azərbaycanlı zəvvarların yalnız təyyarə ilə səfərə çıxmasına imkan veriləcək, avtobusla ziyarət təşkil edilməyəcək.

XS
SM
MD
LG