Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Mətyu Brayza: «Avropa gərək Azərbaycanla daha sıx işləsin»


Amerikalı diplomat Mətyu Brayza, 23 may 2006
Amerikalı diplomat Mətyu Brayza, 23 may 2006

«Almaniya ilə Rusiya arasında qaz kəmərinin çəkilməsi Avropanın Rusiya qazından asılılığını dərinləşdirəcək»- ABŞ dövlət katibi köməkçisinin Qafqaz və Cənubi Avropa üzrə müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza «Faynenşl Tayms» qəzetinə müsahibədə belə deyib.


«Siz Almaniyada yaşayırsızsa, istəməzsiz ki, ötən qış Ukraynada baş verənlər sizin də başınıza gəlsin. Söhbət Rusiyanın Ukraynaya qaz təchizatını kəsməsindən gedir»-bu da Mətyu Brayzanın sözləridir.


Cənab Brayza Baltik kəmərinin çəkilməsinin Moskva ilə danışıqlarda Avropa həmrəylini zəiflədəcəyi ilə bağlı bəzi Avropa Birliyi rəsmilərinin narahatlığını da dilə gətirib. Mətyu Brayza deyir ki, Avropa gərək Xəzər regionu, xüsusilə də Azərbaycanla daha sıx işləsin ki, onun Rusiya qazından asılılığı artmasın.


Amerikalı həmsədr onu da deyir ki, Amerikanın proqnozlarına görə, on il ərzində Avropa qaz bazarında Rusiya ixracatının payı 25 faizdən 33 faizədək artacaq. Ancaq, Azərbaycan Avropaya ixracatının həcmini Rusiya ixracatının dörddə bir səviyyəsinədək çatdıra bilər.


XS
SM
MD
LG