Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:23

Elman Rüstəmov manatla götürülən krediti dollarla tələb edənlərin cəzalanacağını deyir


Arxiv fotosu
Arxiv fotosu

.

“Gələn il Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan hesablanacaq”.

APA-nın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 1-də Milli Məclisin iqtisadi siyasət komitəsində çıxışı zamanı belə deyib.

Mərkəzi Bankın sədri manatın məzənnəsindən, neftin qiymətindən, kreditlərdən danışıb.

Elman Rüstəmovun sövlərinə görə manatla götürülən kreditləri do0llara çevirən banklarla bağlı ciddi ölçü götürüləcək. Müqavilədə hansı valyuta ilə kredit götürülübsə, həmin valyuta ilə də ödəniş davam etməlidir.

Mərkəzi Bankın rəhbəri deyib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Amma o, dünya bazarında baş verənlərin Azərbaycana təsirini istisna eləmir.

Elman Rüstəmov
Elman Rüstəmov

NEFTİN UCUZLAŞMASININ AZƏRBAYCANA TƏSİRİ…

Elman Rüstəmov, özəlliklə, dünyada neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb:

“Neftin qiyməti kəskin düşəcəyi halda manat buna adaptasiya olunacaq. Bu gün əksər iri maliyyə institutları neftin qiymətinin 50-55 dollar civarında olacağını proqnozlaşdırırlar. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır. 2016-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan hesablanacaq».

2015-ci ilin dövlət büdcəsində neftin bir barreli 90 dollardan götürülüb. Gələn, il hardasa 45 faiz daha ucuz - 50 dollardan götürülməsi gözlənilir.

HƏR 10 DOLLAR BÜDCƏYƏ 250 MİLYON TƏSİR EDİR…

Cari ilin dövlət büdcəsinin dolayısı ilə 70% neftdən aslı olduğu deyilir. Belə ki, büdcənin 19 milyard 430 milyon gəlirlərinin azı 50%-i – 10 miyard 400 milyon manatı birbaşa Neft Fondundan transfertlərdir.

Büdcənin xərcləri 21 milyard 100 milyon manatdır. Başqa sözlə, xərc gəlirdən 1 milyard 600 milyon manat daha çoxdur.

Amma bir məqam var. 2015-ci ilin dövlət büdcəsində neftin bir barreli 90 dollardan götürülüb. Amma ötən 3 ayda neftin qiyməti 45- 60 dollar arasında dəyişib. Bu o deməkdir ki, neftin indiki qiymətində kəsir daha da artacaq.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat Vahid Əhmədov deyir ki, neftin uzulaşmasının bütün, özəlliklə, neft istehsalçısı olan ölkələrə mənfi təsiri qaçılmazdır:

“Neftin hər 10 dollar ucuzlamaşı dövlət büdcəsinə 240-250 milyon dollar təsir edir. Ümumilikdə, neftin qiymətinin büdcəyə təsiri 11%-dir. Bu o qədər də böyük təsir deyil. Amma bununla belə 2015-ci ilin büdcəsindən investiya xərclərinə ayrılan 7 milyard vəsaitin 2 milyardı ehtiyat kimi saxlanılıb, bölüşdürülməyib. Yəni, dövlət öz ehtiyatını tutur”.

GƏLƏN İLİN BÜDCƏSİ XEYLİ SUALLAR YARADIR…

Gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülərsə, büdcə gəlirləri 9-10 milyard azalacaq. Belə olan halda hökumət büdcə gəlirlərini necə artıracaq?

Prezident İlham Əliyev çıxışlarında tez-tez Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirildiyini, bundan başqa yeni qaz layihələrinə başlanıldığını bildirir. Ölkə iqtisadiyyatının neftdən asılı olmadığını və çətin günlər üçün Azərbaycan hökumətinin ehtiyatı olduğunu vurğulayır.

Azərbaycanın 53 milyardlıq maliyyə ehtiyatı var. 2014-cü ilin əvvəlində Rusiyada da valyuta ehtiyatı 510 milyard dollar idi. Bu günkü ehtiyatlar hardası 350 milyard dollara qədər düşüb. Azərbaycanda isə təkcə manatın sabit saxlanmasına Mərkəzi Bank dekabr, yanvar və fevral aylarında 4 milyard manatlıq müdaxilə edib. Mərkəzi Bank 3 ayda ümumi ehtiyatının təxminən 20%-ni sərf edib.

Beləki, 2014-cü ilin fevralında Mərkəzi Bankın 14 milyard 445 milyonluq ehtiyatı, 2015-ci ilin fevralında 11 milyarda qədər azalıb.

Rövşən Ağayev
Rövşən Ağayev

QEYRİ-NEFT SEKTORUNDAN VERGİ 14 MİLYON ARTIB, NEFT SEKTORUNDAN İSƏ 94 MİLYON AZALIB…

İqtisadçı Rövşən Ağayevin fikrincə, qeyri-neft sektorundan əldə olunacaq gəlirlərlə neft itkilərini kompensasiya edə bilməz:

“Bu reallığı nəzərə almadan söylənən fikirlərdir. 2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə daxilolamalar təxminən 686 milyon manat olub. Bu ötən ilin yanvarına nisbətən 94,5 milyon manat və ya 12 faiz azalıb. Yanvarda 341 milyon manatı vergi neft sektoru sahəsi üzrə ödənilib. Ötən ilin yanvarında bu göstərici 450 milyon manat idi. Qeyri- neft sahəsi üzrə vergiləri 14 milyon manat artaraq hardasa 345 milyon manata çatıb”.

Rövşən Ağayev bu iki müqayisədə göstərmək istəyir ki, qeyri-neft sektorundan daxil olmalar heç neft sahəsi üzrə itirilmiş vergi ödəmələrini belə qarşılaya bilmir.

Sonda bir daha yada salaq ki, 2015-ci ilin əvvəlində Azərbaycanda əvvəllər vergiyə cəlb olunmayan bəzi sahələr vergiyə cəlb edildi, bəzi sahələrdə vergilər artırıldı.

XS
SM
MD
LG